Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda silahlı şəxslər tutulub - Video

Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Qobu, Mehdiabad, və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Poliqon-a verilən xəbərə görə, tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar - Qobu qəsəbə sakini 1988-ci il təvəllüdlü Tural Əliağayevdən 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron, 1 ədəd patron darağı, 1984-cü il təvəllüdlü Ramil Kamilovdan 1 ədəd “AK-74” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı, Məmmədli kənd sakini 1998-ci il təvəllüdlü Mustafa Qəhrəmanovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron,1 ədəd patron darağı, Saray qəsəbə sakini 1985-ci il təvəllüdlü Pərviz Hüseynovdan 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Digər tədbirlərlə rayonda narkotiklə əlaqəli cinayətlərə görə 16, oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 12, “isti izlərlə” cinayətin açılması üzrə 9 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 41, xırda xuliqanlığa və xırda talamaya görə 49 fakt aşkarlanıb, mülki axtarışda olan 26 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 92, spirtli içki qəbul edərək sükan arxasında əyləşən, avtoxuliqanlıq edən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən ümumilikdə 20, eləcə də dayanma-durma qaydalarını pozan 117 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar