Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Baş prokuroru Azərbaycanla əməkdaşlıqdan danışıb

“Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurası yaradılacaq. Bununla bağlı Azərbaycan tərəfi ilə müzakirə aparmışıq”.

"Report"un Ankara bürosunun xəbərinə görə, bu fikirləri Türkiyənin Baş prokuroru Bəkir Şahin bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə, Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində prokurorluq fəaliyyətlərinin müzakirəsi ilə bağlı azərbaycanlı həmkarı Kamran Əliyevlə mütəmadi görüşləri, müzakirələri olur: "Ötən ay Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağı ilə əlaqədar həmkarım Kamran Əliyevlə Londonda görüşdük. Azərbaycanla hər addımda bərabərik. İstər Azərbaycan Türkiyə münasibətlərində, istərsə də türk və müsəlman dünyası ilə bağlı ədliyyə, hüquq sahəsində xəyallarımız artıq gerçək olur, hədəfimizdə olan bu gerçəkləri həyata keçirmək üçün birgə fəaliyyət göstəririk".

Qeyd edək ki, oktyabrın 23-də TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının Ankarada 2-ci toplantısı keçirilib. İclasdan sonra Ankara bəyannaməsi qəbul edilib. Şura keçən ilin noyabrında Bakıda qurulub. TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının növbəti iclas Qırğızıstanda keçiriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ən çox oxunanalar