Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada miqrantlar üçün qanunlar sərtləşdirilir: Vətəndaşlıq üçün nikah məsələsi dəyişdirildi

Bu gündən Rusiyada qüvvəyə minən “RF vətəndaşlığı haqqında” əsas qanunla əcnəbilərin ölkə vətəndaşlığını almasında dəyişikliklər olub...

Bu barədə Kremlin saytında bildirilib.

Belə ki, sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq hüququ olan şəxslərin siyahısında dəyişiklik edilib. Buraya Rusiya universitetlərini əla qiymətlərlə bitirənlər, həmçinin Rusiyanın dövlət sərhədi daxilində, keçmiş Rusiya imperiyasına və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan yaxın qohumları olanlar daxil edilib.

Ancaq miqrantlar üçün qanun sərtləşdirilib, onlar üçün məcburi tələblər irəli sürülüb. Belə ki, miqrant Rusiyada yaşamalı və 5 il müddətinə yaşayış icazəsi olmalıdır, rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir.
Əvvəllər Rusiya vətəndaşı ilə azı üç il evli olduqda sadələşdirilmiş qaydada pasport almaq mümkün idi. Yeni qaydalarda nikahın müddəti meyarı götürülüb, ancaq ümumi uşağın olması ilə bağlı məcburi şərt yaranıb. Bu tədbir saxta nikahların bağlanması praktikasını aradan qaldırmaq üçün atılıb.

Qeyd olunub ki, pasport almış əcnəbi Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaydığına, ordunu nüfuzdan saldığına, habelə fərariliyə görə vətəndaşlığını itirə bilər.(oxu.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ən çox oxunanalar