Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev “Zəngəzur dəhlizi” açıqlaması - Ermənistanın kənarda qalması İrəvan üçün nələr vəd edir?

Hikmət Hacıyev bildirib ki, “Zəngəzur dəhlizi” artıq Azərbaycan üçün öz cazibəsini itirib, çünki layihə İran vasitəsi ilə də reallaşa bilər...

Politoloq: Azərbaycanın İran yolu vasitəsilə öz problemlərini həll etməsi mümkündür. Hansı ki, bu məsələ qardaş Türkiyənin də maraqları çərçivəsindədir və maraqlarına uyğundur. Belə olduğu təqdirdə, düşünəcək bir tərəf varsa, o da Ermənistandır”.

Azərbaycan dövlətinin bu yöndə verdiyi qərar o deməkdir ki, artıq qatar gedir. Qaçaraq qatara çatmaq istəyən tərəf Ermənistan olacaq”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Zəngəzur dəhlizi” bəyanatı Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Politico qəzetinə açıqlamasında bildirib ki, “Zəngəzur dəhlizi” artıq Azərbaycan üçün öz cazibəsini itirib, çünki layihə İran vasitəsi ilə də reallaşa bilər.

Hikmət Hacıyevin bu açıqlaması nədən xəbər verir və Ermənistan ərazisindən “Zəngəzur dəhlizi”nin olmaması İrəvan üçün nələr vəd edir?

“Zəngəzur dəhlizi”nin gələcək taleyini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Ermənistan yenidən həm regional, həm qlobal səviyyəli layihələrdən kənarda qalacaq”.

Tez bir zamanda Ermənistanın qərar verməli olduğunu vurğulayan, əks təqdirdə regional blokadada qalacağını qeyd efən politoloq Poliqon-a bildirib ki, bu Azərbaycanın problemi deyil, Ermənistanın problemidir:

Azərbaycan Naxçıvanla quru yolla əlaqəsini təmin etmək üçün “Zəngəzur dəhlizi”ni düşünürdü və bu da konkret olaraq 10 noyabr bəyannatında təsbit olunmuşdu. Ancaq Ermənistan 3 il müddətində buna imkan vermədiyi üçün Azərbaycan başqa alternativlərə əl atmaq məcburiyyətində qaldı. Bildiyimiz kimi, bu yöndə İranla konkret razılaşma var. Bu yol hələlik avtomobil və gələcəkdə də, ols bilsin ki, dəmir yolu vasitəsilə Naxçıvana, oradan Türkiyəyə yeni bir kommunikasiya sistemi qurulacaq. Yəni İran ərazisi vasitəsilə belə bir dəhliz yaradılacaq.

Bu Azərbaycanın maraqlarını təmin edir. Belə olduğu təqdirdə Azərbaycan özü üçün yeni bir münaqişə obyekti yaratmaq fikrində deyil. Ayrıca, “Zəngəzur dəhlizi”nin açılmaması və Azərbaycanın İran yolu vasitəsilə öz problemlərini həll etməsi mümkündür. Hansı ki, bu məsələ qardaş Türkiyənin də maraqları çərçivəsindədir və maraqlarına uyğundur. Belə olduğu təqdirdə, düşünəcək bir tərəf varsa, o da Ermənistandır. Çünki Ermənistan yenidən həm regional, həm qlobal səviyyədə layihələrdən kənarda qalacaq.

Natiq Miri: “Təcili olaraq Ermənistan daşı ətəyindən töküb hansısa Fransa kimi təhrikedici ölkələrin təxribatlarına uymaqdansa, özünün gələcək iqtisadi inkişaf perspektivini düşünməli və qərarlarını buna görə verməlidir”.

Zəngəzur dəhlizinin açılması Ermənistan üçün yeni kommunikasiya imkanları yaradırdı. Bu dəhliz istər MDB ölkələri, Rusiya, istərsə də Türkiyə vasitəsilə çox rahat Qara dənizə çıxışı təmin edirdi. Eyni zamanda Ermənistan Türkiyə vasitəsilə həm Qara dənizə, Avropaya, həm də Aralıq dənizinə, yəni dənizlərə çıxışını təmin edirdi. Bu da Ermənistan üçün həm tranzit maliyyə qazancı təmin edirdi, həm də çıxacağı bölgələrdə, bazarlarda yeni bazarlar və maliyyə imkanları əldə edirdi. Yəni bu Ermənistan iqtisadiyyatı üçün çox böyük üstünlüklər vəd edirdi. Buna görə deyirəm ki, düşünəcək bir dövlət varsa, o da Ermənistandır.

Azərbaycan dövlətinin bu yöndə verdiyi qərar o deməkdir ki, artıq qatar gedir. Qaçaraq qatara çatmaq istəyən tərəf isə Ermənistan olacaq. Təcili olaraq Ermənistan daşı ətəyindən töküb hansısa Fransa kimi təhrikedici ölkələrin təxribatlarına uyumaqdansa, özünün gələcək iqtisadi inkişaf perspektivini düşünməli və qərarlarını buna görə verməlidir. Əks təqdirdə, Ermənistan yenidən gecikən tərəf, bütün regional və qlobal layihələrdən kənarda qalan ölkə olacaq. Yəni blokada davam edəcək. Bu Azərbaycanın problemi deyil, Ermənistanın problemidir. Ermənistanın da faciəsi bundadır. Çünki Ermənistan bu gün heç bir problemlərə zamanında və lazımı olacaq adekvat reaksiyanı verə bilmir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar