Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb...

Bu barədə "Report"a Sabunçu rayon prokurorluğundan bildirilib.

Oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***
Oktyabrın 25-də saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlunun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Əsgərov Adil Xəlil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Ən çox oxunanalar