Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: “Niyə şənbə-bazar günləri məhz qadınlar işləməsinlər, kişilər isə işə çıxsınlar?"

Hüquqşünas Əkrəm Həsənov qadınların şənbə-bazar günləri işləməməsi ilə bağlı təklifə münasibət bildirib...

Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, şənbə-bazar günü işləyənlərə həftə içi istirahət verilir.

“Niyə məhz qadınlar şənbə-bazar günləri işləməsinlər? Bunu başa düşə bilmirəm. Ailəli qadın şənbə-bazar işləyəndə nə dəyişir? Həftə sonu ailəli qadında qeyri-adi nə baş verir? Əksinə, şənbə-bazar əri də evdədir. Uşaqlara baxmaq lazımdırsa, əri baxacaq. Bəlkə də, qadının digər iş günü istirahət etməsi yaxşıdır ki, vaxtından daha səmərəli istifadə edə bilər. Əgər ümumən əmək qanunvericiliyi pozulmursa, həftəlik, yəni 40 saat işləyirsə, hər bir halda 2 istirahət gününü qadına verirlər. Niyə şənbə-bazar məhz qadınlar işləməsinlər, kişilər isə işə çıxsınlar? Bunun məntiqini tuta bilmirəm. Onsuz da, Azərbaycanda çox hallarda əmək qanunvericiliyən riayət olunmadığını bilirəm. Hətta iş həftəsi 40 saatdan da çox olur. Bəzən heç 2 gün istirahət də vermirlər. Pozuntu edənlər məsuliyyətə cəlb olunmalıdırlar, amma söhbətimiz bu deyil...”, - ekspert bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar