Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Fransaya yüz milyonla avroluq hərbi müqavilələrin dəyərini necə ödəyəcək?

"Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroya çata biləcək hərbi müqavilələrin dəyərini necə ödəyəcəyi məlum deyil".

Poliqon xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti yazır.

Nəşr qeyd edir ki, Fransanın Ermənistana dəstəyi təlimlər, eləcə də radarların və zenit-raketlərin satışı daxildir:

"Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil", deyə Le Monde yazır.

Xatırladaq ki, bir gün əvvəl Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra Parisin Ermənistana Müdafiə Nazirliyinin hərbi müşaviri kimi ordu zabitini göndərəcəyini və həm də Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacağını bildirib.

Sebastyan Lekornu tərəflərin əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqramları və sahələri sadalayıb. Nazir ayrıca, Ermənistan Silahlı Qüvvələri üçün xüsusi təyinatlıların, xüsusən də dağlıq ərazilərdə döyüş əməliyyatları və yüksək dəqiqlikli atışlar üçün hazırlığını qeyd edib.

Sebastyan Lekornu həmçinin artıq elan olunmuş üç GM200 radarının Ermənistana tədarük edildiyini və Mistral hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb. Fransa tərəfi Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar