Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevgilisi olan yaşlı qadının evini satdırıb, pulunu oğurladı, qumarda uduzdu

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Valeri Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb...

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, 1986-cı il təvəllüdlü Valeri Qarayev tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 1 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək olan müddət ərzində Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yerləşən evdə sosial şəbəkədə tanış olub xəstəliyinə görə qulluq etdiyi zərərçəkmiş, 1950-ci il təvəllüdlü Larisa Həsənovanın (şərti) 40 000 manat pulunu evin yataq otağındakı dolabdan hissə-hissə oğurlayıb.

Məhkəmədə Valeri Qarayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Larisa Həsənova ilə 2019-cu ilin sonunda sosial şəbəkədə tanış olub, onunla qadının Yasamaldakı evində ər-arvad kimi yaşamağa başlayıb. Daha sonra o, qadının Bakıdakı evini satıb, Xırdalana köçüblər. Larisa Valeriyə kreditə “Toyota Prius” markalı avtomobil alıb. Sonra təqsirləndirilən şəxs maşının kreditini ödəyə bilməyib. Qadın 2021-ci ilin sentyabr ayında insult keçirib və yataq xəstəsi olaraq yeriyə bilməyib və Valeri də ona baxmağa başlayıb.

Valeri Qarayevin sözlərinə görə, 2022-ci ilin yayında Larisa ilə qərara gəliblər ki, həmin evi satıb bir az ucuz qiymətə ev və bir maşın da alsınlar. Onlar həmin evi 40 000 manata satıblar, qadın da evin pulunu yataq otağında yatdığı çarpayının yanında olan dolabda saxlayıb. Daha sonra Valeri həmin pulları hissə-hissə oğurlayaraq, qumarda uduzub.

Poliqon.info


Etiket: oğurluq qumar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar