Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Babayanın dili Qarabağa “status” istəməklə nəyə nail olmağa çalışır?..

Separatçıların keçmiş “təhlükəsizlik şurasının katibi” deyib ki, “Qarabağa “muxtar vilayət” statusu veriləndən sonra oranı tərk etmiş ermənilərin kütləvi şəkildə geri qayıtması reallaşa bilər...

Politoloq: “Ermənistanda Samvel Babayan Nikol Paşinyanın təlimatı ilə Qarabağın statusunu ermənilərin geri qaytarmasi ilə paralel olması üçün hərəkətə keçib”.

“Samvel Babayan bunu özbaşına etmir və bunu Azərbaycanla danışıqlarda ermənilərin qayıtması kimi şərt irəli sürəcəklər. Fransa da bu məsələdə maraqlıdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Samvel Babayanın “Qarabağa “muxtar vilayət” statusu verilməlidir” fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Separatçıların keçmiş “təhlükəsizlik şurasının katibi”, 1990-cı illərdə “müdafiə naziri” olmuş Samvel Babayan İrəvanda jurnalistlərə bildirib ki, Qarabağı tərk etmiş ermənilərin kütləvi şəkildə geri qayıtması yalnız bir halda reallaşa bilər: “Qarabağa “muxtar vilayət” statusu verilməyəcəyi halda ermənilər geri qayıtmayacaqlar”, deyə Samvelyan vurğulayıb.

Bundan sonra Qarabağa hansısa “status”un verilməyinib əsla mümkün olmadığını bilən Babayanın bu fikirləri nəyə hesablanıb?

Ermənistanın hazırladığı növbəti təxribat xarakterli planları Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Belə bir təklifi Ermənistan sülh müqaviləsinə şərt kimi sala bilər”.

Ermənistan yeni oyun quracaqsa, növbəti dəfə fiaskoya uğrayacağını vurğulayan politoloq Poliqon-a açıqlamasında bildirib ki, belə bir formul yalnız sülh müqaviləsinin bağlanmasında Ermənistanın maraqlı olmadığını göstərəcək:

“Qarabağda anti-terror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Azərbaycanın reinteqrasiya siyasətinə baxmayaraq ermenilər könüllü Ermənistana köç etdi. Həmçinin qondarma rejim özünü rəsmən buraxdığını elan etdi. Separatçılar həbs edildi.

Ermənistanda Samvel Babayan Nikol Paşinyanın təlimatı ilə Qarabağın statusunu ermənilərin geri qaytarmasi ilə paralel olması üçün hərəkətə keçib. Onlar Şahmaryanın sərəncamının ləğvinə nail olub, çalışırlar ki, bundan Azərbaycana qarşı növbəti təzyiq kimi istifadə edilsin. Samvel Babayan bunu özbaşına etmir və bunu Azərbaycanla danışıqlarda ermənilərin qayıtması kimi şərt irəli sürəcəklər. Fransa da burada maraqlıdır.

Hesab edirəm ki, belə bir təklifi Ermənistan sülh müqaviləsinə şərt kimi sala bilər. Amma, bunun hərhansı bir siyasi təsiri olmayacaq. Məsələni beynəlxalq gündəliyə də gətirə bilərlər. Azərbaycan qəti şəkildə belə bir təklifi qəbul etməyəcək. Reinteqrasiya prosesi yalnız Azərbaycanın tərkibində olmaqla reallaşa bilər. Ermənistan yeni oyun quracaqsa, növbəti dəfə fiaskoya uğrayacaq. Belə bir formul yalnız sülh müqaviləsinin bağlanmasında Ermənistanın maraqlı olmadığını göstərəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar