Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğrudanmı Putin Azərbaycan və Ermənistan arasında süh sazişinin imzalanmasını istəyir?..

Rusiya prezidenti deyib ki, indi Azərbaycan-Ermənistan arasında sülhlə bağlı heç bir problem olmamalıdır...

Politoloq: “Burada önəmli məqam ondan ibarətdir ki, Moskva Bakı və Yerəvan arasında Qarabağ mövzusunun bağlanmasından sonra sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü qəbul edir”.

“İndi belə görünür ki, Kreml məhz elə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır”.

Bu sözləri politoloq İlyas Hüseynov Rusiya prezidentinin AzərbaycanErmənistan arasında bağlanmalı olduğu sülhlə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, indi Azərbaycan-Ermənistan arasında sülhlə bağlı heç bir problem olmamalıdır. Onun sözlərinə görə, sülh tamamilə mümkündür, çünki Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək hər hansı problem qalmayıb. Putin bildirib ki, sərhədlə bağlı sırf texniki xarakterli məsələlər var.

Doğrudanmı Putin AzərbaycanErmənistan arasında süh sazişinin imzalanmasını istəyir? Putinin söylədikləri mövcud reallığın Rusiya tərəfindən qəbul edilməsi anlamına gəlirmi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Putin buna da işarə edir ki, sırf texniki xarakterli sərhədlə bağlı məsələlərin razılaşdırılması gündəmdədir”.

Rusiyanın fikrincə Müdafiəsi Nazirliyinin Baş Qərargahında saxlanılan SSRİ dövrünə aid xəritələr əsasında delimitasiya prosesinin icra olunmalı olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, burada Moskva öz eksklüzivliyini də qorumağa çalışır. Çünki belə bir xəritələr əlbəttə ki, Parisdə, Brüsseldə, Vaşinqtonda yoxdur:

“Qeyd etmək lazımdır ki, Vladimir Putinin AzərbaycanErmənistan münasibətlərinə dair fikirləri həm Azərbaycanda, həm də Ermənistanda hər zaman müzakirələrə səbəb olub. Lakin burada önəmli məqam ondan ibarətdir ki, Moskva Bakı və Yerəvan arasında Qarabağ mövzusunun bağlanmasından sonra sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü qəbul edir. Bu önəmli bir gedişatdır. Çünki Rusiya hər zaman Brüssel və Vaşinqton tərəfindən sülh müqaviləsi istiqamətində olan fikirləri qəbul etmirdi. Buna çox narahatlıqla, bir sıra hallarda isə qıcıqla yanaşırdı.

İndi belə görünür ki, Kreml məhz elə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki burada artıq sırf dövlətlərarası münasibətlərin tənzimlənməsi problemi qalıb. Mənim fikrimcə burada ən çox üzə çıxan məsələ iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpa olunması, eləcə də sərhədlərin delimitasiya və demarkasiyasıdır.

İlyas Hüseynov: “Rusiya hər zaman Brüssel və Vaşinqton tərəfindən sülh müqaviləsi istiqamətində olan fikirləri qəbul etmirdi”.

Putin buna da işarə edir ki, sırf texniki xarakterli sərhədlə bağlı məsələlərin razılaşdırılması gündəmdədir. Bəli, bu siyasi gündəlikdə uzun müddətdir olan məsələdir və burada Rusiya öz maraqlarını güdür. Rusiyanın fikrincə Müdafiəsi Nazirliyinin baş qərargahında saxlanılan SSRİ dövrünə aid xəritələr əsasında delimitasiya prosesi icra olunmalıdır. Burada Moskva öz eksklüzivliyini də qorumağa çalışır. Çünki belə bir xəritələr əlbəttə ki, Parisdə, Brüsseldə, Vaşinqtonda yoxdur.

Düşünürəm ki, bu məsələ həll oluna bilər və bunun həll olunma ehtimalı çox güclüdür. Azərbaycan prezidentinin Xankəndində bayrağı qaldırmasından sonra bizim üçün aşılası hər hansı bir mane görünmür. Digər tərəfdən yavaş-yavaş Rusiya sülhməramlıları da bölgəni tərk edir. Onların müşahidə məntəqələri, müstəsna postları ləğv edilir. Bu da sevindirici bir haldır. Çünki Azərbaycan mərhələ-mərhələ öz məqsədlərinə çatmaqda maraqlıdır. Hesab edirəm ki, bu məsələlər tədricən öz həllini tapacaq. Cənab prezident İlham Əliyevin də söylədiyi kimi, bizim üçün böyük hədəflər var və ümid edirəm ki, bu hədəflərə də çox tez bir zamanda çatacağıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar