Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb koalisiyası ilə üz-üzə qalan İran - Növbəti İsrail-Fələstin müharibəsi Tehran üçün nə vəd edir?..

Rəsmi Tehran İsrailin Qəzza zolağında hərbi əməliyyatı davam etdirdiyi təqdirdə müdaxilə etmək məcburiyyətində qalacağını açılayıb...

Politoloq: “İran və “Hizbullah” hadisələr başlamamışdan əvvəl HƏMAS-ı İsrail əleyhinə qızışdırmaqla məşğul idilər”.

“Bu gün İran İsrail-Fələstin münaqişəsinə real olaraq qarışmadığını göstərməyə çalışsa da, pərdəarxasında Tehranın çox ciddi formada HƏMAS-ı dəstəklədiyi göz önündədir”.

Bu sözləri politoloq Tural İsmayılov İsrail-Fələstin müharibəsində İranın rolunu Poliqon-a şərh edərkən qeyd edib.

İran Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasındakı münaqişənin daha da gərginləşməsini istəmədiyi bildirib. Eyni zamanda rəsmi Tehran İsrailin Qəzza zolağında hərbi əməliyyatı davam etdirdiyi təqdirdə müdaxilə etmək məcburiyyətində qalacağını da dilə gətirib.

Bəs, İranın Qərb koalisiyası ilə üz-üzə qalmasının hansı nəticələri ola bilər və növbəti İsrail-Fələstin müharibəsi Tehran üçün nə vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılovla müzakirə edib.

Tural İsmayılov: “İranın hansısa formada İsraillə açıq şəkildə toqquşmalara girəcəyini düşünmürəm”.

Bu gün “Hizbullah”ın yaxud da, hansısa bir formada İranın İsraillə ciddi hərbi toqquşmaya getməsi onsuz da İrana qarşı uzun müddətdir hərbi hücumlar etməyi planlaşdıran dünya dövlətlərinin sərt müdaxiləsinə səbəb ola biləcəyini düşünən politoloq Poliqon-a açıqlamasında bildirib ki, burada başda ABŞ, İsrailin Qərbdəki tərəfdaşları gəlir:

“Əslində, İran növbəti dəfə xalqları qızışdıraraq üz-üzə qoyandan sonra prosesdən kənarda qalmağa çalışır. Əlbəttə, bu gün İranın hansısa bir formada İsraillə açıq hərbi qarşıdurmaya və savaşa girmək ehtimalı demək olar ki, yoxdur. İsrail-Fələstin münaqişəsi başlayandan da İranın bu məsələdə hansısa bir formada Fələstini ciddi texniki təchizatla dəstəkləməcəyi ortada idi.

Ümumiyyətlə, İran və “Hizbullah” hadisələr başlamamışdan əvvəl HƏMAS-ı İsrail əleyhinə qızışdırmaqla məşğul idilər. Amma praktiki olaraq hamıya bəllidir ki, bu gün Hizbullanın yaxud da, hansısa bir formada İranın İsraillə ciddi hərbi toqquşmaya getməsi onsuz da İrana qarşı uzun müddətdir hərbi hücumlar etməyi planlaşdıran dünya dövlətlərinin sərt müdaxiləsinə səbəb ola bilər. Burada başda ABŞ, İsrailin Qərbdəki tərəfdaşları gəlir.

Eyni zamanda, bu gün İran İsrail-Fələstin münaqişəsinə real olaraq qarışmadığını göstərməyə çalışsa da, pərdəarxasında Tehranın çox ciddi formada HƏMAS-ı dəstəklədiyi göz önündədir. İstər müdia baxımından, istər İranın xaricdəki bütün diplomatik korpuslarında HƏMAS-ın çox ciddi formada İsraillə qarşı təhrik edildiyini biz müşahidə edirik.

Tural İsmayılov: “Bu gün Fələstinin daxilində HƏMAS-la Fələstin Qurtuluş ordusu və Mahmud Abbas rəhbərliyindəki Qərbi-Şəria bölgəsinin birləşib vahid Fələstin kimi çıxış etmək imkanlarını əngəlləyən İranİrana bağlı olan qüvvələrdir”.

Mən İranın hansısa formada İsraillə açıq şəkildə toqquşmalara girəcəyini düşünmürəm. Çünki bir daha qeyd edim ki, həm beynəlxalq konyunktura, həm bu gün İsrailin önəmli güc faktoru olması, həm də İsrailə dəstək verən qüvvələrin kimliklərinin bəlli olması məsələsi İranı bu məsələdə çəkindirən önəmli nüanslardan biridir. Amma istənilən halda, bu gün Fələstinin daxilində HƏMAS-la Fələstin Qurtuluş ordusu və Mahmud Abbas rəhbərliyindəki Qərbi-Şəria bölgəsinin birləşib vahid Fələstin kimi çıxış etmək imkanlarını əngəlləyən İranİrana bağlı olan qüvvələrdir.

Bu baxımdan hesab edirəm ki, İran Fələstin məsələsindən təkcə İsraillə qarşı siyasi mövqe kimi istifadə etməyə çalışmır, həm də eyni zamanda Fələstinin özünün birlik ehtimallarını da bloklayır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar