Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-ın hücumla bağlı kəşfiyyat məlumatlarını haradan aldığı açıqlandı

Poliqon xəbər verir ki, bu barədə “The Washington Post” İsrail kəşfiyyatının keçmiş nümayəndələrinə istinadən yazır...

HƏMAS İsraildə xüsusi icazələr əsasında işləyən qəzzalılardan kəşfiyyat məlumatı ala bilər.

"HƏMAS-ın əməliyyatı ən azı iki illik planlaşdırmanın nəticəsdir. Bu müddət ərzində İsrail Müdafiə Ordusu (İDF) və Qəzza zolağında kiçik bir silahlı qrup olan "İslami Cihad" arasında iki münaqişə var", deyə mənbə bildirib.

İDF-nin keçmiş yüksək rütbəli kəşfiyyat zabiti Miri Eysin bildirib ki, o zaman "İslami Cihad" liderləri İsrailin zərbələri nəticəsində öldürülərkən HƏMAS sakit dayandığına görə tənqid edilib. O iddia edib ki, İsraildə işləmək üçün hər gün sərhədi keçən minlərlə qəzzalı HƏMAS-a sərhəd icmalarına hücum etmək üçün məlumat verə bilər.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Hər iki tərəfdən minlərlə insan həlak olub və yaralanıb. İsrail Qəzza zolağında quru əməliyyata hazırlaşır.

Poliqon.info


Etiket: HƏMAS


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar