Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət başçısı Füzulinin Qoçəhmədli kəndinin təməlini qoyub - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub...

Poliqon xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub.

Qeyd olunub ki, kənddə çoxfunksiyalı inzibati binanın, bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.

Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.

Poliqon.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar