Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanı İsraillə normallaşmaya dair danışıqları dayandırır

Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşdırılmasını dayandırır. Ər-Riyad qərarı barədə ABŞ Prezidenti Co Baydenin administrasiyasını məlumatlandırıb.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər verib.

Bildirilir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Ər-Riyad münasibətləri normallaşdırmaq üçün diplomatik işləri dayandırıb.

Səudiyyə Ərəbistanı qərarını bu istiqamətdə diplomatik səylərin sonu deyil, fasilə kimi xarakterizə edib.

ABŞ rəsmisi isə öz növbəsində nəşrə bildirib ki, Bayden administrasiyası səudiyyəlilərlə təmasları davam etdirəcək, həmçinin münasibətlərin normallaşmasının dayandırılması barədə məlumat almayıb.

“Bloomberg” hesab edir ki, Ər-Riyadın qərarı Prezident Co Baydenin ambisiyalarına və onun Yaxın Şərqdəki siyasətinə ciddi zərbədir. Vaşinqton administrasiyası gərginliyin artmasına baxmayaraq, regionda normallaşma danışıqlarını təşviq etmək niyyətində idi. (oxu.az)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar