Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail BMT-nin Qəzza sakinlərinin təxliyə çağırışını sərt tənqid edib

İsrailin Daimi Nümayəndəsi: BMT-nin Qəzza sakinlərinin təxliyə çağırışına reaksiyası utancvericidir...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan ölkə hakimiyyətinin Qəzza sakinlərinə 24 saat ərzində zolağın cənubuna köçmək əmrinə BMT-nin reaksiyasını biabırçılıq adlandırıb.

Qeyd edək ki, BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik daha əvvəl bildirmişdi ki, İsrail bir gün ərzində 1,1 milyon fələstinlinin Qəzza zolağının cənubuna təxliyyə edilməsi zərurəti barədə təşkilata məlumat verib. Bununla belə, BMT belə bir addımın mümkün humanitar nəticələri ilə bağlı narahatlığını ifadə edib.

BMT-nin İsrailin Qəzza zolağının sakinlərinə erkən xəbərdarlığına reaksiyası utancvericidir!”, deyə Erdan bildirib.

Onun sözlərinə görə, təşkilat uzun illər Fələstinin radikal HƏMAS hərəkatının silahlanmasına və yaraqlılar üçün sığınacaq kimi Qəzza zolağında sadə insanlardan və mülki infrastrukturdan istifadəsinə göz yumub.

Edan qeyd edib ki, vətəndaşları HƏMAS-ın hücumuna məruz qalan İsraili dəstəkləmək əvəzinə, BMT indi bu ölkəyə “moizələr oxuyur”.

Daimi nümayəndə vurğulayıb ki, BMT indi diqqətini girovların qaytarılmasına yönəltsə, HƏMAS-ı pisləsə və İsrailin özünümüdafiə hüququnu dəstəkləsə, daha yaxşı olar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar