Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS 2022-ci ildən İsrailə hücum əməliyyatı hazırladığını bildirib

Fələstinin HƏMAS hərəkatı 2022-ci ildə İsrailə qarşı hücum hazırlamağa başlayıb...

Poliqon xəbər verir ki, bunu qrupun hərbi qanadının sözçüsü Əbu Obeid bildirib. Onun sözlərinə görə, HƏMAS niyyətlərini gizlədib və Fələstin fraksiyaları ilə İsrail arasında qarşıdurmadan yayınıb. Bu məlumatlar İsrailin Haaretz nəşrinin xəbərində yer alıb.

Əbu Obeid qeyd edib ki, bu, “bitərəflik illüziyasını yaratmağa” və “düşməni qarşıdan gələn əməliyyatla bağlı qaranlıqda saxlamağa” kömək edib. “Bu strategiya son dərəcə uğurlu olub və İsrail indiki hərbi kampaniyasında düzgün qiymətləndirmə aparmaq əvəzinə, öz uğursuzluqlarını ört-basdır etmək üçün qətlə və qan tökməyə əl atır”, deyə HƏMAS-ın təmsilçisi bildirib.

Əbu Obeid iddia edib ki, HƏMAS gizli şəkildə 4500 döyüşçünü öz sıralarına cəlb edə bilib. Həmçinin hərəkatın sözçüsü qeyd edib ki, HƏMAS istənilən ssenariyə, o cümlədən İsrailin quru əməliyyatına hazırdır.

“İsrail belə addımlar atsa, biz düşmən üçün əhəmiyyətli itkilərə səbəb olacaq yeni tədbirlər görəcəyik”, deyə Əbu Obeid İsraili hədələyib.

İsrail və Fələstinin Həmas hərəkatı arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. İsrail 1,3 mindən çox, Fələstində isə 1,5 mindən çox insan həlak olub. BMT-nin məlumatına görə, Qəzza zolağının 423 mindən çox sakini evlərini tərk edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar