Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov ABŞ rəsmisini Qarabağ ermənilərinin reinteqrasiyası üçün görülən işlər barədə məlumatlandırıb

Oktyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb...

Bu barədə Poliqon-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, AzərbaycanErmənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

C.Bayramov ölkəmizin ərazisində qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan anti-terror tədbirləri, onları şərtləndirən səbəblər barədə qarşı tərəfi məlumatlandırıb, Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən qondarma qarayaxma təbliğatının bölgədəki reallıqları əks etdirmədiyini vurğulayıb.

Ermənistan tərəfinin sülh prosesinə ciddi təhlükə altına alan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının hələ də davam etdirildiyini diqqətə çatdıran C.Bayramov bu kimi addımların regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini bildirib.

Görüşdə, həmçinin C.Bayramov Azərbaycan hökuməti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verib, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin aparıldığını diqqətə çatdırıb.

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı və bunun həm Ermənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunduğu diqqətə çatdırılıb. Bu çərçivədə, BMT rəsmilərinin bölgəyə səfərləri və 30 ildən sonra ilk səfərin nəticəsi olaraq missiyanın verdiyi açıqlamalar xatırlanıb.

Ermənistan hökuməti tərəfindən səsləndirilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatların Azərbaycanın yerli ermənilərin reinteqrasiyası prosesini pozmağa yönəldiyi bildirilib.

Görüş zamanı, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar