Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-ın İsrailə hücumunun arxasında İran dayanır?

HƏMAS-ın İsrailə total hücumunun arxasında İranın olması ilə bağlı iddialar səsləndirilir...

Politoloq: “HƏMAS-ın İsrailə terror hücumunu mahiyyət etibarı ilə Yaxın Şərq regionunda mövcud olan İsrail-Fələstin problemini təşkil edən “daşların yerindən oynadılması” və bundan sonra isə yeni dünya düzənində bu problemin həll edilməsi istiqamətində beynəlxalq güclərin oyunu adlandırsaq yanılmarıq”.

“Görünən və anlaşılan odur ki, bu hücumun təşkili nə qədər gizli aparılıbsa, bir o qədər də dərin məqsədlər üçün qeyd edilən kəşfiyyat dairələri tərəfindən imkan yaradılıb”.

Bu sözləri politoloq Azər Qasımov HƏMAS-ın İsrailə hücumunun arxasındakı qüvvəni Poliqon-a şərh edərkən qeyd edib.

HƏMAS-ın İsrailə total hücumunun arxasında İranın olması ilə bağlı iddialar var. Bu iddaları HƏMAS liderləri də təsdiq edir. İsrail rəsmiləri də bu bəradə bəyanatlar versələr də, ABŞ bu iddaları təsdiqləmir.

Hazırda İsraildə və Qəzzə zolağında baş verənlər İranın Yaxın Şərqdəki mövqelərini gücləndirə bilərmi və bu baş verənlər İsrailin Yaxın Şərqdəki dominat mövqeyini nə qədər sarsıda bilər?

Yaxın Şərqdə baş verən son hadisələri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bu akt İran-ABŞ və İsrail kəşfiyyatının HƏMAS üzərindən birgə əməliyyatıdır”.

ABŞ-İran münasibətlərini hər zaman qarşılıqlı əməkdaşlıq kimi xarakterizə edən politoloq qeyd edib ki, onların görüntüdə dünən olduqları, əslində isə bir-birilərinin siyasətini tamamladıqları göz önündədir:

“HƏMAS-ın İsrailə terror hücumunu mahiyyət etibarı ilə Yaxın Şərq regionunda mövcud olan İsrail-Fələstin problemini təşkil edən “daşların yerindən oynadılması” və bundan sonra isə yeni dünya düzənində bu problemin həll edilməsi istiqamətində beynəlxalq güclərin oyunu adlandırsaq yanılmarıq. Bu hücum bir sıra qaranlıq məqamları ilə o qədər açıq və aydın gerçəklikləri ortaya çıxarır ki, bunun bir oyun olduğuna şübhə yeri qalmır. Məsələn, İsrail kəşfiyyatı MOSSAD-ın bu terror aktının hazırlanmasından xəbər tutmaması kimi, eləcə də, Mİ-6 və ya Amerika kəşfiyyat idarələrinin. Görünən və anlaşılan odur ki, bu hücumun təşkili nə qədər gizli aparılıbsa, bir o qədər də dərin məqsədlər üçün qeyd edilən kəşfiyyat dairələri tərəfindən imkan yaradılıb.

İsrail sərhəddində bir insanın yox, hansısa quşun belə yaxınlaşdığını bilmə imkanlarına sahib olan İsrail nəzarət orqanları bu qədər kütləvi hücumu görməməsi mümkün deyil. Əslində bu, insan işi yox, texnologiya işidir və insan faktoru burda ikinci yerdədir. Buna rəğmən hücum baş tutursa, deməli, burda oyun vardır.

Azər Qasımov: “İran ABŞ-ın ətraf regionlarda gizli tərəfdaşıdır, eləcə də, İsrailin”.

ABŞ-İran münasibətlərini hər zaman qarşılıqlı əməkdaşlıq kimi xarakterizə etmişəm. Onların görüntüdə dünən olduqları, əslində isə bir-birilərinin siyasətini tamamladıqları göz önündədir. İran ABŞ-ın ətraf regionlarda gizli tərəfdaşıdır, eləcə də, İsrailin. Hesab edirəm ki, bu akt İran-ABŞ və İsrail kəşfiyyatının HƏMAS üzərindən birgə əməliyyatıdır. Məqsəd Ərəblərin Çinlə əlaqələr yaratmasının qarşısını almaq, Ərəb-İsrail yaxınlaşması fonunda bölgəyə yeni dizayn verib, Hindistandan gələcək yeni nəqliyyat marşrutunun həyata keçirilməsi üçün imkan yaratmaqdır.

İran təbii ki, bu marşrutdan kənarda qalmış kimi görünsə də, İranın rolu başqadır. İran rejiminin rolu müsəlman dünyasını birləşməyə qoymamaqdır. İran dövləti hansısa layihədən kənarda qalması ikinci dərəcəli işdir. Zatən İran ərazisindəki xalqların rifahının yüksəlməsi üçün hansısa dəhlizə qoşulmasını istəməsi kimi bir istək yoxdur. 40 ildən çoxdur bu praktika belə deməyə əsas verir. İran rejiminin qazanc sahələri başqadır, terrorizmə dəstəkdən Qərbdən aldığı gizli vəsait, narkotrafik, kontrabanda”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar