Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: “Əmimi ermənilər hamamda boğub öldürüblər” - Video

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib...

“Gedib hətta itim ölən yeri ziyarət etmək istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın, Vedibasar mahalının, Vedi rayonunun Arazdöyən kənd sakini, Əməkdar artist Aydın Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, oxuduğu orta məktəbə necə qəbul olunmasından danışıb:

“Mən ilk dəfə Arazdəyəndə 1961-ci ildə məktəbə gəldim. Yeddi yaşım olmamışdı deyə, məni məktəbə götürmək istəmirdilər. Bizə ikinci, üçüncü sinifdən sonra erməni dili və rus dili dərsi keçirdilər. Kəndimizdə 3-4 millət var idi. Ermənilər və azərbaycanlı uşaqlar, müsəlman uşaqlar həmişə bir yerdə yığışardıq, top oynayardıq. Sonra nərd oynayar, qarmon, nağara çalardılar. Musiqi günlərimiz də olurdu. Məktəbin yanında şumluq var idi, orada at çapardıq, at, güləş, voleybol, futbol yarışları keçirərdik. Həmişə Cermux, Vedinin Çimən zonasından Böyük Çimən dağına qalxardıq. Çox gözəl yaylaqlarımız var idi. Araza qarışan suda balıq tutardıq, quzu otarardıq”.

Kəndi tez-tez yuxuda gördüyünü, erməni daşnakların məkrli hərəkətlərindən söz açıb:

“Ermənilər gəlib açıqca deyirdilər ki, buradan köçün gedin. Elə oldu ki, mən o vaxtlar texnikumu qurtarandan sonra İrəvan teatrında işlədim, 1981-ci ildə İncəsənət İnstitutunu qurtardım. 1985-ci ildə təzədən kəndimizə qayıtdım və təzədən İrəvan Teatrına getdim. Bizi çox sıxışdırırdılar. 1988-ci ilin sonu 1989-cu ilin əvvəlləri o teatrı tamamilə yandırdılar”.

Onun sözlərinə görə, atasıgilin oradan çox çətin vəziyyətdə qaçıb:

“Oradakı ermənilər öz ermənilərinə deyirdilər ki, evləri almayın, onsuzda azərbaycanlılar gedəcəklər, pullarını verməyin. Həttə onlar postdan keçəndə nələri var idi əllərindən almışdılar. Son günlər evlərə gecə hücum edirdilər, evləri talayırdılar. Hazırlanmış dəstələr var idi, bir-bir kəndlərə gəlirdilər, camaatı o vəziyyətə salırdılar ki, camaat çıxsın getsin. Çoxu Sədərəyə qaçmışdı. Erməni vəhşiliyini çox gördük. Pənah əmini ermənilər zəhərlədilər öldürdülər, əmim Bəhlul kişini İrəvanda hamamda boğub öldürdülər, xalamın əri Məhəmmədəli kişini öldürdülər. Ermənilər bizimkiləri şərləyib tutdururdular”.
Əməkdar artist gec-tez doğulduğu ata-baba yurduna qayıdacağına əmin olduğunu vurğulayıb:

“Bu vəziyyəti bizə dövlətimizin başçısı yaratdı. Biz ona qədər, son illərə qədər, o 44 günlük müharibəyə qədər heç fikirləşmirdik. Biz öz yurdumuza-yuvamıza qayıdacağıq. O yerlər mənim üçün çox əzizdir. Orada qohumlarımın, əqrabalarımın qəbirləri var. İnşallah, arzumuza çatacağıq. Vətən bizimdir bizim də olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Şimali Koreia Yapon dənizinə doğru ballistik raketlər buraxıb

Ən çox oxunanalar