Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Aİ-yə daxil olduqdan sonra 186 milyard avro alacaq

Avropa İtifaqı ümumi büdcəsinin daxili hesablamalarına görə, Ukraynanın üzvlüyü Kiyevə 7 il ərzində təxminən 186 milyard avro qazandıracaq...

Poliqon-nun məlumatına görə, bu barədə The Financial Times nəşri Avropa İttifaqının yeni üzvlərin daxil olması nəzərə alınmaqla 7 il üçün nəzərdə tutulmuş büdcə layihəsinə istinadən xəbər verir.

FT xəbər verir ki, bu yay Aİ rəsmiləri ittifaqa qoşulan yeni üzvlərin potensial maliyyə təsirini qiymətləndiriblər. Onlar birliyin 2021-2027-ci illər üçün büdcə qaydalarından istifadə edən araşdırma hazırlayıblar. Rəsmilər Aİ-yə Ukrayna, Moldova, Gürcüstan və altı Qərbi Balkan dövlətinin daxil olacağına əsaslanaraq hesablamalar aparıblar.

9 üzvün hamısının qoşulması Aİ büdcəsinə 256,8 avroya başa gələcək. Mövcud Aİ üzv ölkələri üçün yayılma effektləri təsərrüfat subsidiyalarının təxminən 1/5-i qədər azaldılmasını əhatə edəcək. Qəzet hesab edir ki, 9 yeni üzv ölkənin əlavə olunması ilə cari büdcə 21% artaraq 1,47 trilyon avroya çatacaq. Bu, 36 ölkənin ümumi milli gəlirinin təxminən 1,4%-ni təşkil edir.

Birliyin tam genişlənməsi 10 il və ya daha çox vaxt apara və mövcud fiskal mexanizmlərdə əsaslı islahatlara səbəb ola bilərsə də, tələb olunan dəyişikliklərin gözlənilən miqyası blok daxilində fiskal balansı qəti şəkildə dəyişəcək.

“Bütün üzv dövlətlər Aİ büdcəsindən daha çox ödəməli və daha az pul almalı olacaq: Hazırda xalis alıcı olan bir çox üzv dövlətlər xalis donorlara çevriləcəklər", deyə Aİ Şurasının Katibliyinin sənədində qeyd edilir.

Genişlənmiş ittifaqa cari fiskal qaydaları tətbiq etməklə, Ukrayna 7 il ərzində Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasəti çərçivəsində 96,5 milyard avro əldə etmək hüququ qazanacaq. Araşdırmaya görə, bu maliyyə dəyişikliyi mövcud Aİ üzv dövlətlərinə kənd təsərrüfatı subsidiyalarını təxminən 20% azaldacaq.

Bundan əlavə, Ukrayna daha kasıb üzv dövlətlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş Aİ-nin birləşmə fondlarından 61 milyard avro almağa haqq qazanacaq. Əlavə 9 üzv dövlətlə Çexiya, Estoniya, Litva, Sloveniya, Cənubi Kipr və Malta artıq bu maliyyələşdirmə üçün uyğun olmayacaq.

FT qeyd edir ki, Şuranın baş katibliyinin, blokun 27 üzv dövlətinin hökumətlərini təmsil edən qurumun hesablamaları Avropa İttifaqının bu ilin sonuna qədər Ukraynanın rəsmi üzvlük danışıqlarına başlamağa razılıq verib-verməyəcəyini düşündüyü vaxta təsadüf edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar