Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Hər ötən gün nüvə müharibəsinə daha da yaxınlaşırıq...

Böyük Britaniyanın xarici işlər naziri deyib ki, bəzi Avropa ölkələri Ukraynadakı müharibədən yorulub, ona görə də Kiyevə dəstəyi azaltmaq barədə düşünürlər...

Kənan Novruzov: “Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin dediklərində ciddi həqiqət var”.

“Ukraynaya olunan bu qədər dəstəyə, yardıma rəğmən Rusiya hələ də geri çəkilməyib. Bu da Qərb müttəfiqləri arasında olan fikir ayrılıqlarını daha da artırır”.

Bu sözləri politoloq Kənan Novruzov Böyük Britaniyanın xarici işlər nazirinin Ukrayna müharibəsi haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yerli “The House” jurnalına müsahibəsində deyib ki, bəzi Avropa ölkələri Ukraynadakı müharibədən yorulub, ona görə də dəstəyi azaltmaq barədə düşünürlər.

Ceyms Kleverlinin bu fikirlərini necə dəyərləndirmək olar? Həqiqətən də, Ukraynaya olan dəstək dayana bilərmi və bu baş verərsə, proseslər hansı istiqamatdə cərəyan edə bilər?

Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “ İndiki məqamda Qərbin geri çəkilməyə yeri yoxdur. Ukraynaya silah, hərbi dəstək davam etdirilməlidir”.

Ukraynaya silah, hərbi dəstəyin davam etdirilməsinin vacibliyini xatırladan politoloq Poliqon-a bildirib ki, bu dəstəyin dayandırılması nəyinki Şərqi Avropaya, bütün Avropaya fəlakət gətirə bilər:

“İlk növbədə onu deyim ki, ABŞAvropanın Ukraynadakı müharibə ilə bağlı mövqeləri fərqlidir. ABŞ bu müharibədə daha radikaldır və müharibənin uzanmasında birbaşa maraqlıdır. Avropa isə müharibəyə daha loyal yanaşır. Çünki Avropanın Rusiyadan müəyyən qədər qaz asılılığı var. Bu mənada Avropa Rusiya ilə münasibətlərə daha ehtiyatlı yanaşır.

Qeyd edim ki, Ukraynaya olunan bu qədər dəstəyə, yardıma rəğmən Rusiya hələ də geri çəkilməyib. Bu da Qərb müttəfiqləri arasında olan fikir ayrılıqlarını daha da artırır. Çünki onlar sərmayə qoyurlar, vəsait ayırırlar və nəticəsi olmur. Əksinə, həmin ölkələrin özü iqtisadi cəhətdən zəifləyir. Bu mənada Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin dediklərində ciddi həqiqət var.

Kənan Novruzov: “Biz gələcəkdə hansısa Avropa rəsmisindən ABŞ-a qarşı ittihamlar eşidə bilərik”.

Mən düşünürəm ki, bu ziddiyyət gələcəkdə Qərb ölkələri arasında daha da artacaq. İndi ABŞAvropanın mövqeləri üst-üstə düşmür. Amma hələ ki, eyni koalisiyada, Qərb koalisiyasında təmsil olunurlar. Hətta, gələcəkdə mümkündür ki, ABŞAvropa bir-birlərini ittiham etməyə başlasın. Məsələn, biz gələcəkdə hansısa Avropa rəsmisindən ABŞ-a qarşı ittihamlar eşidə bilərik. Bu məni qətiyyən təəccübləndirməz. Çünki əslində, müharibəni başladan ABŞ olub. Yaxud da, deyə bilərik ki, Ukraynadakı müharibə ABŞ-ın layihəsidir.

Əlbəttə, indiki məqamda Ceyms Kleverlinin dediyi kimi, Qərbin geri çəkilməyə yeri yoxdur. Ukraynaya silah, hərbi dəstək davam etdirilməlidir. Bu dəstəyin dayandırılması nəyinki Şərqi Avropaya, bütün Avropaya fəlakət gətirə bilər. Çünki artıq Rusiya idarəolunmaz hala gəlib. Təəssüf ki, hər ötən gün nüvə müharibəsinə daha da yaxınlaşırıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar