Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyüdlüdəki şirkətin işçilərinin dispanserizasiyaya cəlb edilməməsinin səbəbi açıqlanıb

Müvafiq dövlət qurumları əmin olsunlar ki, hər hansısa təbiət hadisəsi, sel, zəlzələ olarsa, bizim şirkətə aid tullantı gölündə heç bir dağıntı olmayacaq...

APA xəbər verir ki, bunu "Anglo Asian Mining plc." şirkətinin rəhbəri Reza Vəziri media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, istehkamlar möhkəmdir və bunun bir daha yoxlanılması üçün də müvafiq xarici şirkətə müraciət ediblər:

"Yaxın zamanda həmin şirkət bu istiqamətdə yoxlama aparacaq. Eyni zamanda göl 8 bal gücündə zəlzələyə davamlıdır və istismar müddəti 150 ildir".

"Anglo Asian Mining" şirkətində çalışanların nə üçün 4 ildir dispanserizasiyaya cəlb olunmadığına da aydınlıq gətirilib.

Şirkətin İnsan Resurslarının İdarə edilməsi və İnzibati işlər üzrə meneceri Rahib Rzayev bildirib ki, pandemiya səbəbindən bu yoxlamalar təxirə salınıb.

"Bu ilin oktyabr ayında tibbi yoxlamalar yenidən həyata keçiriləcək" - deyə o qeyd edib.

Xatırladaq ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov şirkətdə çalışanların dispanserizasiyasının sonuncu dəfə 2019-cu ildə aparıldığını, halbuki bu yoxlamaların azı ildə bir dəfə keçirilməsinin məsləhət görüldüyünü açıqlamışdı.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Badamdarda villa tikənlər sakinlərin narazılığına səbəb oldular - Rəsmi açıqlama 

Ən çox oxunanalar