Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diyetoloq payızda şəkər istehlakını azaltmağı məsləhət görüb

Payızda temperatur dəyişikliyi baş verdiyi və günəş çatışmazlığı olduğu zaman, istehlak etdiyimiz zülalların, yağların və karbohidratların miqdarına nəzarət etmək və balanslı qidalanmaq lazımdır...

Bu barədə diyetoloq Yevgeniya Belyuqa sentyabrın 25-də məlumat verib.

Mütəxəssis qeyd edib ki, payızda xüsusən də şəkər istehlakını azaltmaq tövsiyə olunur. O, yüksək kalorili qida məhsuludur, onun qida rasionuna həddindən artıq əlavə edilməsi artıq çəkiyə gətirib çıxara bilər ki, bu da öz növbəsində sağlamlığın pisləşməsinə səbəb ola bilər.

“Yüksək miqdarda şəkər istehlak etməklə, immunitet sistemimizin fəaliyyətini poza bilərik və bu vəziyyətdə mövsümi xəstəliklər zamanı viruslara müqavimət göstərmək daha da çətin olacaq”, - deyə Y.Belyuqa bildirib.

Bundan əlavə, diyetoloq mövsümi qidaları qida rasionumuza daxil etməyi məsləhət görüb. Məsələn, lif və vitaminlərlə zəngin olan balqabağı rasionunuza əlavə edə bilərsiniz. 

Diyetoloqun sözlərinə görə, payızda şorba-püre və ya raqu kimi mövsümi yeməklər hazırlaya bilərsiniz.

Mütəxəssis, həmçinin bildirib ki, qəhvənin bitki çayları ilə, həmçinin limon, itburnu və ya çaytikanı əlavə edilmiş isti içkilərlə əvəz edilməsi sağlamlıq baxımından fayda verəcək.

“Onların tərkibində olan C vitamininin əlavə dozası immun sistemini gücləndirməyə kömək edəcək”, - deyə Y.Belyuqa vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Ən çox oxunanalar