Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra Hakimiyyəti Rəsilə Arifqızı ilə bağlı xəbəri təkzib etdi - Yenilənib

Lənkəran Rayon İcra Hakimiyyəti sözügedən rayonda məktəbliyə qarşı zorakılıq edən icra başçısının sabiq müavini Rasilə Arifqızının uşaq evinə direktor təyin olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib...

Lənkəran RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, Rasilə Arifqızının Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması ilə bağlı mətbuatda və sosial şəbəkə seqmentində yayılan informasiyalar həqiqəti əks etdirmir.

“Hazırda sözügedən vəzifə vakantdır” - açıqlamada bildirilir.

***

Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini uşaq evinə direktor təyin olunub.

APA-nın cənub bürosunun xəbərinə görə, məktəbliyə zorakılıq etməkdə ittiham olunan Lənkəran rayon icra başçısının sabiq müavini Rasilə Arif qızı Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Uşaq evinin direktoru Mehriban Səfərovanın bir qədər əvvəl tutduğu vəzifədən kənarlaşdırıldığı bildirilir.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb və icra başçısının birinci müavini vəzifəsindən azad edilib.

İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.

Poliqon.info


Etiket: uşaq evi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar