Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Cənubi Qafqazla bağlı yeni təklifi reallaşa bilər?

Türkiyə prezidenti Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib...

Politoloq: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2+2 formatı uğurludur. Amma, Ermənistan Baş naziri Nikol Paşinyan belə bir formatı qəbul etməyəcək”.

“Belə bir formatla sülh müqaviləsinin bağlanması və digər danışıqlar real görünmür”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyə prezidentinin Cənubi Qafqaz üçün təklif etdiyi formatı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda sülhün əldə edilməsi üçün təklif etdiyi format son günlərin müzakirə mövzusudur. Türkiyə prezidenti Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib. Aydındır ki, Ərdoğanın bu təşəbbüsü regionda sülhün əldə olunması üçün növbəti cəhddir.

Bəs yaxın gələcəkdə bu formatın baş tutması mümkündürmü? Ümumiyyətlə, Türkiyə prezidentinin təklif etdiyi dördlü format Azərbaycan üçün məqbul variantdır?

Ərdoğanın təklifini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Bu formatı qəbul etməyə Fransa Ermənistana imkan verməyəcək”.

Türkiyənin irəli sürdüyü formatla regionda mövcud siyasi nizamı davam etdirməklə sülhə nail olmaq olduğunu düşünən politolaq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiyanın belə bir formatda səmimi siyasət ortaya qoyacağını da düşünmür:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2+2 formatı uğurludur. Amma, Ermənistan Baş naziri Nikol Paşinyan belə bir formatı qəbul etməyəcək. Əsasən Rusiyanın burada rolu olduğu üçün belə bir formatda yer almayacaq. Həmçinin Fransa da Ermənistana bu formatda danışıqlar aparmağa imkan verməyəcək. Halbuki Ermənistanın şansı var ki, bele bir formatla siyasi -iqtisadi inteqrasiyada iştirak etsin. Sülh müqaviləsi bağlansın.

Azərbaycanin anti-terror əməliyyatından sonra proses dəyişib. Azərbaycanla Ermənistan arasında Qarabağ məsələsi müzakirə predmeti ola bilməz. Türkiyənin irəli sürdüyü format regionda mövcud siyasi nizamı davam etdirməklə sülhə nail olmaqdır. Rusiyanın belə bir formatda səmimi siyasət ortaya qoyacağını da düşünmürəm.

Təbii ki, Moskva Ankara ilə hesablaşır. Amma, Moskvanın Cənubi Qafqaz siyasətində korrektə getməli, region ölkələrinə qarşı aqressivlik siyasətinə tam son qoymalıdır. Bu da real görünmür. Ümumiyyətlə, belə bir formatla sülh müqaviləsinin bağlanması və digər danışıqlar real görünmür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar