Şənbə, 23 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin keçmiş xarici işlər naziri ABŞ-da nikahdankənar münasibətə görə işdən çıxarılıb

Qin Qan hələ Çin Xalq Respublikasının ABŞ-da fövqəladə və səlahiyyətli səfiri vəzifəsində olarkən, orada nikahdan kənar münasibət yaşayıb və hətta ata olub...

Poliqon xəbər verir ki, The Wall Street Journal qəzeti bu gün, sentyabrın 19-da Çinin xarici işlər nazirinin bu ilin iyulunda gözlənilmədən istefa verməsinin səbəi ilə bağlı məlumat dərc edib. Qəzetin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Çin Kommunist Partiyasının müvafiq orqanları tərəfindən aparılan daxili yoxlama nəticəsində məlum olub ki, Qin Qan hələ Çin Xalq Respublikasının ABŞ-da fövqəladə və səlahiyyətli səfiri vəzifəsində olarkən, orada nikahdan kənar münasibət yaşayıb və hətta ata olub. Məlumata görə, araşdırma nəticələri barədə məlumat hələ avqust ayında ölkənin yüksək vəzifəli şəxsləri, o cümlədən nazirlər və əyalət rəhbərlərinə çatdırılıb.

Keçmiş nazirin sevgilisi və oğlunun adı açıqlanmayıb. Amma keçmiş nazirə qarşı istintaqın onun tam köməyi ilə davam etdiyi açıqlanıb. WSJ yazır ki, hazırda müstəntiqlər keçmiş nazirin nikahdankənar əlaqəsi və ya digər hərəkətlərinin milli təhlükəsizliyə zərər vurub-düşməyəcəyini araşdırır.

Çin lideri Si Tsinpinin şəxsi himayəsində olan Qin Qan iyunun sonunda ictimaiyyətin gözündən itib. Bu səbəbdən onun bir sıra həmkarları, o cümlədən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Pekinə rəsmi səfərlərini ləğv etmək və ya təxirə salmaq məcburiyyətində qalıblar. Çin Xarici İşlər Nazirliyi nazirin yoxluğunu ya səhhətindəki problemlərə görə izah edib, ya da ümumiyyətlə susub.

O vaxtdan bəri Çində daha bir neçə yüksək rütbəli şəxs, o cümlədən raket qüvvələrinin komandanı və onun müavini yoxa çıxıb. Onların işdən çıxarılması daha sonra elan edilib. Artıq bu ay ölkənin müdafiə naziri Li Şanfu da yoxa çıxıb. Çin üzrə ekspertlər müdafiə nazirinin şəxsi həyatındakı problemlərlə deyil, Çin Xalq Azadlıq Ordusunda baş verən antikorrupsiya kampaniyası ilə əlaqələndirirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kılıcdaroğluna ciddi sual: “Qarabağla bağlı niyə susursunuz?”

Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - Yenilənib

BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - Yenilənib, Video

Lokal antiterror tədbirlərindən real görüntülər - Video

Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...

72 şəhid nəşinin içindən oğlu tapılan ana - Video

FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurub - Fotolar

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Ən çox oxunanalar