Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ac qalmadan arıqlayın

Dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə, sakitləşdirici, sidikqovucu təsirlərlərə malikdir. Dazıotu damarları möhkəmləndirir, orqanizmə şişəleyhinə təsir edir, orqanizmi cavanlaşdırır.

Poliqon.info saglamolun.az-a istinadən xəbər verir ki, müxtəlif xəstəliklər zamanı dazıotunun dəmləməsi istifadə olunur. Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və qarqara, inhalyasiyalar şəkində və ya daxilə istifadə olunur.

Zökəm, nəfəs yolları iltihabları, öskürək zamanı dazıotu dəmləməsi ilə inhalyasiya etmək yaxşıdır. Dəmləməni enli qaba töküb buxarın üzərində nəfəs alın.

Boğaz ağrısı, angina, stomatit, diş əti iltihabları zamanı dazıotu ilə qarqara edin.

Dazıotu mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (qastrit, xora xəstəliyi, öd kisəsi xəstəlikləri və s.) çox yaxşı müalicəvi təsir edir - iltihabı azaldır, selikli qişalarının bərpasına kömək edir, mikrofloranı yaxşılaşdırır. Dəmləməni qida qəbulundan 30 dəqiqə sonra 1 xörək qaşığı olmaqla gündə 3 dəfə qəbul edirlər.

İltihabəleyhinə və sidikqovucu təsirinə görə dazıotu sidik-cinsiyyət sistemi iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir.

Ürəyin fəaliyyətinin yaxşılaşdırılması və ürəyin möhkəmləndirilməsi üçün belə dəmləmə hazırlayın - 1 çay qaşığı dazıotu, 1 çay qaşığı pişikotu kökü, 1 çay qaşığı melissa, 1 çay qaşığı nanə termosda 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gün ərzində 2-3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Dəmləməni dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün dəmləməyə bal əlavə etmək olar.

Dazıotunun çox güclü sakitləşdirici təsiri var - stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrıları azaldır, yuxusuzluqdan azad edir. Bu səbəbdən dazıotu bir çox sakitləşdirici preparatların tərkibinə daxil edilir. Ev şəraitində dazıotunu çobanyastığı, pişikotu kökü, melissa ilə qarışdırıb sakitləşdirici çay hazırlamaq olar.

Dazıotu dəmləməsi dəridə olan kiçik yaralar, xoralar, sıyrıntılar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir - dərinin bərpasını sürətləndirir. Dəmləmədə pambıq parça isladıb islatmalar şəklində istifadə edirlər.

Uşaqlarda bişməcələr zamanı dazı otu ilə vannalar çox yaxşı kömək edir.

Dəmləmə həmçinin sızanaqlar zamanı da istifadə olunur.

Bütün digər müalicəvi otlar kimi, dazıotunun istifadəsindən əvvəl həkimlə məsləhətləşmək zəruridir. Bəzi xəstəliklər zamanı bu otun istifadəsi əks-göstərişdir.

Revmatizm və oynaq ağrılarında 

2 ç.q. dəmləyin.

Dazı otunu 200 ml suda, 20 dəqiqə saxlayın və süzün. Gün ərzində 3 stəkan içmək lazımdır. Siz həmçinin kompres edib ağrılı yerə çəkə bilərsiniz. 

Mədə-bağırsaq traktında nasazlıqlar olduqda:

30 q miqdarında təzə çəmən çiçəyi, bıçaqla və ya qarışdırıcıda doğrayın, 400 ml zeytun yağı tökün. Tərkibini bir şüşə qaba tökün. Məhsulun mayalanması üçün isti yerdə saxlayın, qapaq ilə örtməyin. 5 gündən sonra, rəngi parlaq qırmızı olduqda, gündə iki dəfə  qəbul etməyə başlaya bilərsiniz.

Qastrit:

3 xörək qaşığı qəbul edin. Dazı otunu qurudun, üzərinə qaynar su tökün, 3 saat dəmləyin, sonra süzün. Yeməkdən əvvəl gündə 3 dəfə 1/3 stəkan içmək. Ən azı 1-2 ay içmək lazımdır.

Poliqon.info 


Etiket: Arıqlamaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Ən çox oxunanalar