Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmşidinin mesajları... - İran “3+3” formatından Cənubi Qafqaza hökm etmək üçün yararlanır?

İranın vitse-prezidentinin sözlərinə görə, Cənubi Qafqazda əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da mürəkkəbləşdirir...

Siyasi-şərhçi: “Cəmşidinin bu sözlərinin arxasında son zamanlar soyuq olan İran-Azərbaycan münasibətlərində artıq rəsmi Tehranın münasibətlərin düzəlməsində edilən cəhdlərin davam edəcəyi mesajı da dayana bilər”.

İran “3+3” formatında əsas söz sahibi olmaq istəyir. Amma buna təbii ki, nail ola bilməyəcək. Çünki, orada Rusiya və Türkiyə kimi nəhənglər var”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı İranın vitse-prezidenti Məhəmməd Cəmşidinin “3+3” formatı haqqındakı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İranın vitse-prezidenti Məhəmməd Cəmşidi deyib ki, Cənubi Qafqazda “3+3” formatından(Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiyaİran) kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. Cəmşidinin sözlərinə görə, Cənubi Qafqazda əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da mürəkkəbləşdirir. İran rəsmisinin bu fikirləri ABŞ-la hərbi təlimlərə başlayan Ermənistana xəbərdarlıq mesajı ola bilər.

Lakin bu mesaj həm də özündə Cənubi Qafqazaın üç ölkəsinin suverenliyini boğmaq cəhdi daşımırmı? İranın “3+3” formatıdan bu şəkildə yararlanmağa cəhd etməsi “3+3” formatı ideyasına nə qədər uyğundur?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Heç bir halda İranın bölgədə fəallaşmasına yol vermək olmaz. Çünki, etibarlı müttəfiq olmadığını dəfələrlə göstərib, hələ də göstərməkdədir”.

Artıq İranın Azərbaycanla gərginliyin sadəcə özünə ziyan vurduğunun fərqində olduğunu düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Tehran Ermənistanın nicat yolunu Qərbdə axtardığını da görməmiş deyil:

“Təbii bu formatın ideyasına İranın davranışları uyğun heç cür gələ bilməz. Biz əvvəlki müsahibələrimizdə də qeyd etmişdik ki, İrəvanda keçirilən təlimlərdən ən çox şimal və cənub qonşumuz narahat olacaq. Hazırda bu narahatçılıq açıq şəkildə özünü büruzə verməkdədir. Təlimlərdən sonra hansısa bir formada Rusiyaİran Ermənistanı cəzalandıracaq. Bu təbii ki, xəbərdarlıq siqnalıdır. Amma unutmayaq ki, imperialist ölkələr üçün digər müstəqil ölkələrin suverenliyi kağız üzərində bir parça kimi görünür. İran “3+3” formatında əsas söz sahibi olmaq istəyir. Amma buna təbii ki, nail ola bilməyəcək. Çünki, orada Rusiya və Türkiyə kimi nəhənglər var.

Sözsüz ki, yaranan mövcud vəziyyət Azərbaycanı qane edir. İran-Ermənistan münasibətləri nə qədər gərgin olsa, bir o qədər işimizə yarayır. Cəmşidinin bu sözlərinin arxasında son zamanlar soyuq olan İran-Azərbaycan münasibətlərində artıq rəsmi Tehranın münasibətlərin düzəlməsində edilən cəhdlərin davam edəcəyi mesajı da dayana bilər. Artıq İran Azərbaycanla gərginliyin sadəcə özünə ziyan vurduğunun fərqindədir. Ermənistanın nicat yolunu Qərbdə axtardığını da görməmiş deyil.

Cavanşir Abbaslı: “Ermənistanın təlimlərdən bitəndən, yəni sentyabrın 20-dən sonra İranın könlünü almaq üçün edilən cəhdlərinin şahidi olacağıq”.

Heç bir halda İranın bölgədə fəallaşmasına yol vermək olmaz. Çünki, etibarlı müttəfiq olmadığını dəfələrlə göstərib, hələ də göstərməkdədir. Zəngəzur dəhlizi ilə bağlı olan həyasızlığını hər kəs bilir. İstənilən halda sizin sualınızda həqiqətlər çoxdur. Burada başqa ölkələrin mqüstəqilliyinə olan sayğısızlıq da var. Sözsüz ki, Ermənistan Rusiyanın forpostudur və tam şəkildə müstəqilliyindən söhbət gedə bilməz. Amma unutmayaq ki, Cənubi Qafqazda Azərbaycan kimi balanslı, müstəqil siyasət yürüdən bir ölkə də var.

Təbii ki, Gürcüstanı da bu qəbildən saymaq olar. Onun üçün də İran bilməlidir ki, hər bir ölkənin rəsmiləri hara səfər etdiklərini yaxşı bilirlər və buna heç bir şəxs və güc qarışa bilməz. Sadəcə İran xəbərdarlıq xarakterli bu cür açıqlamalar verir. Heç nəyə nail ola bilməyəcək. Ermənistan üçün isə fərqi yoxdur. Kim hansı mahnını sifariş verirsə, onun da havasını oynayır. Onun üçün də təlimlərdən bitəndən, yəni sentyabrın 20-dən sonra İranın könlünü almaq üçün edilən cəhdlərin şahidi olacağıq, hətta Rusiyanın da. Bu işi dünyada tək-tük bacaran xalqlar sırasında ermənilər ön sıralarda gəlir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar