Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin fantastik rəqəmləri - Ukrayna sahib olduğundan artıq texnika itirib?..

Rusiya iyundan bəri Ukraynada olandan daha çox zirehli texnikanı məhv edib?..

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna əks-hücum əməliyyatı başlayandan bəri Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 18 minə yaxın zirehli texnikasını məhv edib.

Poliqon “Aqentstvo” nəşrinə istinadən xəbər verir ki, bu, təkcə Rusiya Müdafiə Nazirliyinin statistik məlumatlarından deyil, həm də açıq məlumatlara görə, Ukrayna ordusunun zirehli texnikasından çoxdur.

Sitat. “Ukrayna qondarma əks-hücum əməliyyatı keçirir. Təbii ki, bu əks-hücumun heç bir nəticəsi yoxdur. Amma onların böyük itkiləri var. Artıq Ukrayna əks-hücum zamanı 543 tank, 18 minə yaxın müxtəlif sinifli zirehli texnika itirilib”, deyə Putin bildirib.

Global Firepower layihəsinin (ölkələri hərbi gücə görə sıralayan analitik sayt) məlumatına görə, 2022-ci ildə müharibə başlayana qədər Ukraynada 12 303 zirehli texnika var olub. Qərb ölkələri də Ukrayna Silahlı Qüvvələrinə 1803 zirehli texnika (bu rəqəmə zirehli maşınlar, piyadaların döyüş maşınları və zirehli personal daşıyıcıları daxildir) verib. Beləliklə, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin sərəncamında 14,1 min zirehli texnika olub. Lakin Putinin sözlərinə görə, əks-hücumun əvvəlindən (yəni iyun ayından) bəri məhv edilən Ukrayna texnikası faktiki olan texnikadan 3,9 min ədəd çoxdur.

Açıq mənbələrdə mövcud olan foto və videolardan istifadə edərək tərəflərin itkiləri haqqında məlumat toplayan “Oriks” layihəsinə görə, Ukrayna əmüharibənin əvvəlindən indiyədək 1406 zirehli texnika (zirehli texnika, piyada döyüş maşınları və zirehli personal daşıyıcıları) və 648 tank itirib. Bu rəqəmlərə Ukrayna Silahlı Qüvvələrinin iyunun əvvəlindən itirdiyi 317 zirehli texnika və 139 tank daxildir.

Bundan əlavə, Putinin səsləndirdiyi rəqəmlər Müdafiə Nazirliyinin məlumatları ilə uyğunlaşmır, “Meduza” qeyd edir ki, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi müharibənin əvvəlindən bəri 11 779 tank və digər zirehli texnikanın məhv edildiyini bildirib.

Putin həmçinin bildirib ki, əks-hücum başlayandan bəri Ukrayna 71 min insan itirib, lakin Rusiya prezidenti bu zaman dəqiqləşdirməyib ki, söhbət təkcə ölənlərdən gedir, yoxsa ölən və yaralananlardan. Amerika rəsmiləri Ukraynanın müharibə başlayandan itkilərini 70 min ölü və 100-120 min yaralı olaraq qiymətləndirir. Bu barədə The New York Times mənbələrə istinadən yazıb.

Putin Rusiya ordusunun itkilərindən danışmayıb. “Oriks”in məlumatına görə, müharibə başlayandan bəri Rusiya 2310 tank və 4096 zirehli texnika itirib. NYT yazır ki, Amerika rəsmilərinə görə Rusiya 120 min ölü və 170-180 min yaralı olaraq təqribən 300 min canlı qüvvə itirib. Bu, Rusiyanın bəzi regional paytaxtlarının əhalisi ilə müqayisə edilə bilər. “Mediazona” və BBC Rus Xidmətinin jurnalistləri Ukraynadakı müharibədə həlak olan 31 665 rus əsgərinin adını müəyyənləşdirə biliblər. Həqiqi ölənlərin sayı, müəlliflərin qeyd etdiyi kimi, daha çoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar