Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Fransa seperatçıların qanundankənar “prezident seçkiləri”nə niyə mövqe bildirmirlər?..

Bu bir daha Moskvanın və Parisin ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşdığını ortaya qoymurmu?..

Politoloq: “Əslində, bu beynəlxalq hüquqa Rusiya və Fransanın ikili yanaşmasıdır və ikili standartıdır”.

Rusiyada fəaliyyət göstərən Qızıl Xaç Cəmiyyətinin vasitəsilə Qarabağa ərzaq dolu tır göndərib. Moskva bu günə qədər mövcud seperatçı rejimin əli ilə, bu prosesi ləngidirdi. Ona görə ki, Laçının da paralel olaraq açılmasını və Laçın yolundan daşınacaq yükləri Rusiya hərbi kontingentinin vasitəsilə daşınmasını istəyirdi”.

Bu sözləri politoloq Natiq Miri Rusiya və Fransanın Qarabağda separatistlərin keçirdiyi seçkiyə sakitlik nümayiş etdirmələrini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ,Avropa Birliyi və bir çox ölkələr Qarabağda separatistlərin keçirdiyi qanundankənar “prezident seçkiləri”ni tanımadıqlarını bəyan etsələr də, vasitəçilik iddasında olan Rusiya və Fransa belə bir bəyanatla çıxış etməyib.

Bəs Rusiyanın və Fransanın susqunluğunu nəylə əlaqələndirmək olar? Bu bir daha Moskvanın və Parisin ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşdığını ortaya qoymurmu?

Rusiyanın və Fransanın Azərbaycana qarşı olan mövqelərini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Azərbaycan bu dövlətlərin istənilən davranışlarına rəğmən onların geosiyasi maraqlarını qəbul etməyəcək və etməməlidir”.

Bunun dolayısı ilə Azərbaycana təzyiq, həm də bu yöndə verilən mesaj olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiyanın Azərbaycana mesajı belədir: Əgər bizdən müəyyən gözləntiləriniz varsa, bizim maraqlarımızı, istəklərinizi təmin etməlisiniz:

“Əslində, bu beynəlxalq hüquqa Rusiya və Fransanın ikili yanaşmasıdır və ikili standartıdır. Ancaq beynəlxalq hüquq birmənalıdır və bütün hüquqların üstüdür. Bunu da hər iki dövlət qəbul edib. Bu cür yanaşma dolayısı ilə hüququ ayaq altına almaqdan ibarətdir. Belə çıxır ki, həmin dövlətlərin geosiyasi maraqları həmin regionda və yaxud da Azərbaycanda qəbul edilmirsə və yaxud haqsız olaraq qəbul edilmirsə, deməli beynəlxalq hüquqdan irəli gələn davranışları çox rahatlıqla göz ardı edəcəklər. Bu ikili davranışdır və riakarlıqdır.

Səbəbi isə, Rusiya və Fransanın Azərbaycandan konkret gözləntiləri ilə bağlıdır. Bunlar da fərqlidir. Rusiya ölkəsində fəaliyyət göstərən Qızıl Xaç Cəmiyyətinin vasitəsilə Qarabağa ərzaq dolu tır göndərib. Moskva bu günə qədər mövcud seperat rejimin əli ilə, bu prosesi ləngidirdi. Ona görə ki, Laçının da paralel olaraq açılmasını və Laçın yolundan daşınacaq yükləri Rusiya hərbi kontingentinin vasitəsilə daşınmasını istəyirdi. Bununla da, Laçın yolunda və bütövlükdə Qarabağda gedən proseslərdə Rusiyanın nəzarətini yenidən təmin etmək istəyirdi. Bu olmadıqca da, Rusiya fərqli davranır.

Hətta, qanunsuz seperat rejimin keçirdiyi seçki beynəlxalq hüquqa zidd olmaqla bərabər, beynəlxalq birlik tərəfindən tanınmamasına rəğmən yenə də Rusiya gözləməkdədir. Bu dolayısı ilə Azərbaycana təzyiq, həm də bu yöndə verilən mesajdır ki, əgər bizdən müəyyən gözləntiləriniz varsa, bizim maraqlarımızı, istədiklərinizi təmin etməlisiniz. Əlbəttə ki, bu Azərbaycan dövləti tərəfindən qəbul ediləcək deyil.

Natiq Miri: “Bu cür ikili standartlar özlərinə qarşı tətbiq olunanda çox maraqlıdır ki, bütün dünyaya qarşı üsyan qaldırırlar”.

Eyni şeyi Fransa da özünün maraqları kontekstində tələb edir. Bu dolayısı ilə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir. Hansı ki, həm Fransa, həm də Rusiya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bu ərazilər üstündə tanıyıb. Yəni, özünün tanıdığı və imza atdığı beynəlxalq sənədlərə bu dövlətlərin özlərinin hörmətsizliyi kimi qəbul olunmalıdır. Buna görə də, ikili standart deyiləndə, mütləq mənada bu cür xristian dövlətlərinin yanaşmaları nəzərə alınmalıdır.

Ayrıca, bu cür ikili standartlar özlərinə qarşı tətbiq olunanda çox maraqlıdır ki, dünyaya qarşı üsyan qaldırırlar. Biz bunu Ukrayna-Rusiya müharibəsində də görürük. Zaman-zaman Rusiya rəhbərliyinin açıqlaması bu kontekstdədir. Hansı ki, özü hər zaman bu ikili standartdan istifadə edib.

Buna görə də, düşünürəm ki, bu qəbuledilməzdir. Azərbaycan bu dövlətlərin istənilən davranışlarına rəğmən onların geosiyasi maraqlarını qəbul etməyəcək və etməməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Zavoddakı faciədə həyatını itirən Turalın qonşusu: “Ev aldığı üçün sevinirdi” - Video

Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Helikopter faciəsi ilə bağlı suallar çoxdur – İranlı ekspert

İrəvan Bakının saziş layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Ən çox oxunanalar