Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydaları dəyişib

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilib...

Poliqon xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən keçirildikdə, müvafiq icazə sənədləri tələb olunur.

Dəyişikliyə əsasən, buraya insan orqan və toxumaları aid edilimir.

Bununla yanaşı, transplantasiya məqsədilə insan orqan və toxumaları idxal və ya ixrac edildikdə bu Qaydaların 2.5.1-ci yarımbəndində göstərilən sənədlərin əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nın 3.11-ci bəndinə müvafiq olaraq gömrük orqanları tərəfindən transplantasiya məqsədilə insan orqan və toxumalarının idxalına və ixracına xüsusi icazə verilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin qərarının mövcudluğu yoxlanılacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Ən çox oxunanalar