Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq sentyabr ayının 1-də Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib...

Poliqon xəbər verir ki, konfransda Şirvan şəhər, Sabirabad, SaatlıHacıqabul rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, sonra Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Şirvan şəhər prokuroru Kamal Talıbov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində çıxış edib.
Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və şəhid atası Alim Zülfüqarovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Şirvan Şəhərinə diqqət və qayğısı barəsində çıxışları dinlənilib.

Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.

Sonda xatirə fotoşəkli çəkilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Ən çox oxunanalar