Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Olimpiya" ilə oyunda ciddi olmalıyıq"

"Qrup mərhələsindən əvvəl son oyunumuzdur. İlk matçda qələbə qazansaq da, sabah ciddi olmalıyıq"...

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin öz oyun üslubunun olduğunu bildirib: "Onların çempionat matçına da baxdıq. Məğlub olsalar da, daha çox şansları oldu və bundan yararlana bilmədilər. Biz isə sərfəli nəticə üçün çalışmalıyıq. Futbolçulara inanıram".

Qurbanov Sloveniya klubunun risk edəcəyini vurğulayıb: "Hesab bizi aldatmamalıdır. Onlar sabah heç nədən çəkinməyəcəklər. Biz daha fəal və aqressiv olmalıyıq. "Olimpiya"nın istənilən rəqibə qalib gəlmək üçün potensialı var. Futbolçular rəqibin oyununu yaxşı bilirlər. Burada daha diqqətli davranmalıyıq".

Təcrübəli baş məşqçi zədəli Patrik Andradenin təxminən iki həftədən sonra sıraya dönəcəyini söyləyib: "Bədavi Hüseynov komandaya bəlkə də bir az gec qoşuldu. Zədələri yüngül deyil".

Mütəxəssis transfer çalışmalarında fəal olduqlarını və futbolçuları nəzərdən keçirdiklərini diqqətə çatdırıb: "Son günə qədər işimizin başında olacağıq və heyətə yeni futbolçu cəlb etməyə çalışacağıq".

Qurbanov qarşılaşma üçün start "11-liy"in hələlik müəyyənləşmədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, avqustun 31-də oynanılacaq "Qarabağ" - "Olimpiya" görüşü saat 20:00-da başlayacaq. İlk matçda Ağdam təmsilçisi qələbə qazanıb - 2:0.

Poliqon.info


Etiket: Qurban Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar