Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqası: “Qarabağ” ilk üç oyununda qələbə qazanan yeganə komandadır

“Qarabağ” 2023/2024 mövsümündə UEFA Avropa Liqasının ilk üç oyununda qələbə qazanan yeganə komandadır...

“Report”un məlumatına görə, Azərbaycan çempionu III təsnifat mərhələsində keçirdiyi hər iki görüşdə, həmçinin pley-offun ilk duelində rəqibini məğlub edib.

Əvvəlki raundda Finlandiya təmsilçisi HİK-i hər iki qarşılaşmada 2:1 hesabı ilə üstələyən Qurban Qurbanovun yetirmələri ötən gün Sloveniyada “Olimpiya”nın qapısından 2 cavabsız top keçiriblər.

Turnirin III təsnifatdan başlayan cari mövsümündə İsveç “Haken”i də mübarizəyə ardıcıl iki qalibiyyətlə start vermişdi. Lakin adıçəkilən komanda pley-offun ilk matçında öz meydanında “Aberdin”in (Şotlandiya) müqavimətini qıra bilməyib – 2:2.

“Qarabağ” və “Haken”lə yanaşı, “Slaviya” (Çexiya), “Olimpiakos” (Yunanıstan) və “Şerif” (Moldova) turnirdə keçirdiyi ilk 3 oyunda uduzmayıblar.

Qeyd edək ki, Avropa Liqasında pley-offun cavab görüşləri avqustun 31-də keçiriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik

Ən çox oxunanalar