Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlunun ailəsi ilə görüşünə icazə verildi

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailə üzvləri ilə telefon danışığı və görüş hüququ müstəntiqin qərarı ilə məhdudlaşdırılmışdı...

Qafqazinfo” xəbər verir ki, onun vəkilləri sözügedən qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət verib.

Şikayət əsassız sayılaraq rədd edilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb.

Məhkəmə belə qənaətə gəlib ki, telefon danışığı və görüş məhdudiyyəti ilə bağlı şikayəti Nərimanov Rayon Məhkəməsi icraata götürüb araşdırmalı idi. Bu əsasla qərar ləğv edilib, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə geri qaytarılıb.

Q.İbadoğlunun vəkili Bəhruz Bayramovun sözlərinə görə, məhkəmədə iştirak edən müstəntiq məlumat verib ki, artıq Qubad İbadoğlunun ailə üzvləri ilə görüşlərinə qoyulan məhdudiyyət götürülüb:

“Telefon danışıqlarına olan məhdudiyyət iyulun 30-da aradan qaldırılmışdı. Avqustun 15-də isə görüş məhdudiyyəti aradan qaldırılıb. Sabah ailə üzvləri gedib Qubad bəylə görüşə biləcəklər”.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar