Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son günlərdə Qarabağ ətrafında baş verənlər nə anlama gəlir?

Son zamanlar Qarabağda çox ciddi proseslər gedir. Eyni zamanda, Ermənistan və Azərbaycan şərti sərhədində gərginlik müşahidə olunur...

Politoloq: “Əslində son baş verən hadisələr göstərir ki, Ermənistan sistematik Azərbaycan əleyhinə müharibəyə hazırlaşdırılır”.

“Diqqət etdikdə görürük ki, Azərbaycan əleyhinə Ermənistanın təxribatları bu tip xarici aləmdə ölkəmiz əleyhinə dezinfeksiya hücumlarının baş verməsi ilə eyni anda olur”.

Bu sözləri politoloq Tural İsmayılov son zamanlar Qarabağ ətrafında baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar Qarabağda çox ciddi proseslər gedir. Eyni zamanda, ErmənistanAzərbaycan şərti sərhədində gərginlik müşahidə olunur. Ermənistanın Azərbaycanla razılaşdırılmadan ərazimizə çoxlu tırlar cəlb etməsi, həmçinin korrupsiyaya bulaşmış bir sıra rəsmilərin açıqlamaları və bir neçə dövlətlərin bəyanatları ilə müşahidə olunur. Aİ-nin mülki missiyası isə sanki Ermənistanın maraqlarına xidmət edir.

İspaniyanın müvəqqəti vəkilinin də qondarma quruma dəstək verməsi və ümumiyyətlə, baş verənlər nə anlama gəlir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Bütün bu baş verənlər o anlama gəlir ki, bu gün müəyyən güc faktorları Cənubi Qafqazda sülhün, sabitliyin əldə edilməsində maraqlı deyil”.

Sülhün, sabitliyin əldə edilməsində maraqlı olmayan xarici güc faktorlarının Ermənistandan istifadə edərək bölgədə hərbi gərginliyin yaranmasına çalışdıqlarını qeyd edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bu xarici güclər bölgədə daim qarşıdurma ab-havasının olmasında maraqlıdırlar:

“Əslində son baş verən hadisələr göstərir ki, Ermənistan sistematik Azərbaycan əleyhinə müharibəyə hazırlaşdırılır. Ölkəmizin sülhlə bağlı ortalıqda aydın və dəqiq mövqeyi var ikən, Ermənistan tərəfindən Azərbaycanla prosesləri sobataj edən addımların atılması təsadüfi hal deyil.

Diqqət etdikdə görürük ki, Azərbaycan əleyhinə Ermənistanın təxribatları bu tip xarici aləmdə ölkəmiz əleyhinə dezinfeksiya hücumlarının baş verməsi ilə eyni anda olur. Yəni, son bir ay ərzində Ermənistan tərəfindən kəskin şəkildə Azərbaycan əleyhinə hücumlar həyata keçirilir. Əvvəlcə Laçın yolu ətrafında baş verən hadisələr, daha sonra Azərbaycanla sərhəddə aqresiyanın və ritorikanın artması, son günlərdə şərti sərhəddə Azərbaycan əsgərinə silahın tuşlanması, bütün bunlarla paralel olaraq artıq biz görürük ki, beynəlxalq aləmdən də Azərbaycan-Ermənistan məsələsi və Laçın yolu ilə bağlı bir-biri ilə bağlı rabitəsiz, ümumiyyətlə məsələni tamamən yanıldan proseslər baş verir.

Bütün bu baş verənlər o anlama gəlir ki, bu gün müəyyən güc faktorları Cənubi Qafqazda sülhün, sabitliyin əldə edilməsində maraqlı deyil. Sülhün, sabitliyin əldə edilməsində maraqlı olmayan xarici güc faktorları Ermənistandan istifadə edərək bölgədə hərbi gərginliyin yaranmasına çalışır. Onlar bölgədə daim qarşıdurması ab-havasının olmasında maraqlıdırlar. Buna görə də onlar bu prosesi qızışdırmağa davam edirlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar