Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parklanmaya görə nağdsız ödənişlərə maraq necədir?

“Bu günə olan statistikaya əsasən, 38 min 940 nəfər “Azparking” tətbiqində qeydiyyatdan keçib”...

“Trend” xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, 1315 nəfər tətbiqdə balansın artırılması əməliyyatını həyata keçirib:

“Tətbiq yeni istifadəyə verildiyindən onun təkmil hala gətirilməsi istifadəçi rəylərindən asılıdır. Odur ki, tətbiqlə bağlı fikirlərinizi yaza bilərsiniz”.
Nazirin müşaviri qeyd edib ki, avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçirilir.

“Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib. Tətbiq vasitəsilə istifadəçilər həmçinin, olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapa, koordinatları təyin edə və parklanma yerini seçə bilirlər. Parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər.

“Azparking” mobil tətbiqinin yaradılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində mobilliyin artırılması ilə bağlı hazırlanan kompleks layihə üzrə görülən tədbirlərin bir hissəsidir. Layihənin məqsədi ictimai nəqliyyatda əlçatanlığın təmin edilməsi, onların səmərəli fəaliyyətinin təşkili, eləcə də sərnişinlər üçün cəlbediciliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi, parklanmanın idarəolunması, mikromobillik və hərəkət təhlükəsizliyinin təmin edilməsidir”, - deyə o, qeyd edib.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar