Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Havayda baş verən yanğınlar 36 nəfərin həyatına son qoyub

Havay adalarında baş verən irimiqyaslı yanğınlar Lahayna şəhərini yerlə-yeksan edib...

Poliqon xəbər verir ki, CNN-in cümə axşamı verdiyi məlumata görə, Havay adalarında baş verən irimiqyaslı yanğınlar nəticəsində azı 36 nəfər həlak olub və Maui adasındakı məşhur turizm şəhəri Lahaynanın böyük hissəsi məhv olub.

Havay qubernatoru Coş Qrin bildirib ki, 9000 nəfərin yaşadığı turizm və iqtisadi mərkəz olan Lahayna şəhərinin çox hissəsi dağılıb və yüzlərlə ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Sakinlər ürəkaçan dağıntıların olduğunu bildirirlər.

CNN qeyd edir ki, Havay adalarının Maui adasında külək səbəbindən elektrik xətləri zədələnib və meşə yanğınları başlayıb. Mauidən 11 mindən çox insan, o cümlədən turistlər təxliyə edilib, daha 1,5 min nəfərin isə çıxarılacağı gözlənilir. Hava limanına gedən yolda əsas magistral yolun bağlı olması vəziyyəti çətinləşdirib, indi isə yollar əsasən açıqdır.

Təxminən 1,3 min kilometr məsafədə tüğyan edən Dora qasırğasının yaratdığı güclü küləklər səbəbindən yanğınlar Mauidə sürətlə yayılıb və bu ocaqların əksəriyyəti hələ də qarşısı alınmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar