Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan Rusiya neftinin idxalını 11 dəfə artırıb...

2023-cü ilin yanvar-may aylarında Rusiyadan Hindistana neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə artaraq, 36,9 milyon tona çatıb...

Poliqon xəbər verir ki, bu barədə Hindistanın Sənaye və Ticarət Nazirliyinin məlumatlarında deyilir.

Beş ayda Rusiya Hindistana bütün 2022-ci ildəkindən (33,4 milyon ton) daha çox neft (36,8 milyon ton) tədarük edib. Beləliklə, Rusiya İraq (21,4 milyon ton) və Səudiyyə Ərəbistanını (17,5 milyon ton) qabaqlayaraq, Hindistanın ən böyük neft tədarükçüsü statusunu saxlayır.

Qəzet qeyd edir ki, Rusiya neft idxalının sürətlə artması Qərbin sanksiyaları fonunda baş verib. Ukraynada hərbi əməliyyat başlayandan sonra Aİ, Böyük BritaniyaABŞ Rusiya neftinin alınmasına qadağa qoyub, həmçinin bir barel üçün 60 dollar qiymət həddini təyin ediblər.

Nəticədə Rusiya neft şirkətləri ixrac axınını Avropadan Asiya bazarına yönləndirib. Əsas alıcılar sanksiyalara qoşulmayan Çin və Hindistan olub.

Lakin son aylarda Rusiya Federasiyasından ixracın ümumi azalması fonunda Hindistana neft tədarükünün həcmi də azalmaqdadır. Mütəxəssislərin fikrincə, bu, OPEC+ çərçivəsində hasilatın könüllü məhdudlaşdırılmasına dair razılaşmalarla bağlıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar