Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda gecikmə: Sərnişinlər “Ulduz” stansiyasında düşürüldülər - Yenilənib

“Vaqonlarından birində nasazlıq ehtimalı olduğu üçün sərnişinlər metronun “Ulduz” stansiyasında düşürülüblər”...

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, bildirib ki, nəticədə intervalda gecikmə yaranıb:

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər metronun “Ulduz” stansiyasında düşürülüblər. Qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə qatar verilib”.

***

Bakı metrosunda qatarların hərəkət qrafikində gecikmə olub.
Səhər saatlarında metronun “Koroğlu” stansiyasında qatarlardan birində nasazlıq yaranıb. Bu barədə sərnişinlərə metro bələdçisi məlumat verib.

Nasazlıq səbəbindən qatar metronun “Koroğlu” - “Ulduz” stansiyaları arasında 10 dəqiqədən çox tuneldə qalıb.

Sərnişin-maşinist rabitəsi ilə sərnişinlərə səslənən maşinist irəlidə stansiyada nasaz qatarın olduğunu bildirərək sərnişinləri səbirli olmağa çağırıb.

Poliqon.info


Etiket: Bakı metrosu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar