Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estoniya rusları və belarusları ölkədən qovmayacaq...

Estoniya Litva və Latviyadan nümunə götürmək və ərazisində yaşayan, “milli təhlükəsizliyə təhlükə yaradan rusları və belarusları” deportasiya etmək niyyətində deyil...

Poliqon xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.

Nazir qeyd edib ki, ölkədə yaşamaq icazəsinin müddətinin uzadılması zamanı eston dilini bilmək yüksək qiymətləndirilir. Məsələn, yaşlı insanlar və ya Estoniya məktəblərində təhsil almış uşaqlar üçün istisnalar edilir. Estoniya hakimiyyəti yaşayış icazəsinin uzadılması üçün əlavə şərtlər təqdim etməyi planlaşdırmır. Lauri Lanemetsin sözlərinə görə, Estoniyanın təhlükəsizliyinə təhdid yaradan rusiyapərəst şəxsləri müəyyən etmək vəzifəsi polis və Sərhəd Mühafizəsi Departamentinə həvalə olunub.

Avqustun 4-də Litvanın Miqrasiya Departamenti hakimiyyət orqanlarının Rusiya və Belarusun 1,1 mindən çox vətəndaşını ölkənin milli təhlükəsizliyinə təhdid kimi tanıdığını bəyan edib. Onların ölkəyə girişi qadağan edilib. Qərar yaşayış icazəsi və ya milli viza üçün müraciət etməzdən əvvəl doldurulmalı olan anketlərin təhlilindən sonra qəbul edilib.

Həmin gün Latviya hakimiyyət orqanları xəbərdarlıq edib ki, sentyabrda latış dili imtahanından keçməyən 6 minə yaxın Rusiya vətəndaşı Latviyanı tərk etmək üçün rəsmi bildiriş alacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar