Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda torpaq sürüşməsində “Stalinin evi” təhlükəli zolağa düşüb

Gürcüstanın Şovi kurort bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində “Stalinin evi” də təhlükəli zolağa düşüb...

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, ərazi mineral bulaqlarla zəngindir və dəniz səviyyəsindən 1520 metr yüksəklikdə Alp zonasında yerləşir. Deyilənə görə, keçmiş SSRİ-nin rəhbəri İ.V. Stalin bu evdə qalıb. Əslində, bu, istirahət evi olub. Müharibədə əsir düşmüş almanlar tərəfindən mismarsız tikilmiş binadır. Binanı Kolçin soyadlı memar inşa edib. Stalinin əsl villası qorunmayıb. Məlumata görə, Stalin Şoviyə belə gəlib çıxa bilməyib. O, başqa kurorta gedərkən Utserada balıq xörəyindən zəhərləndiyi üçün Oniyə qayıdıb.

Vurğulanıb ki, keçmiş turizm mərkəzindəki "Raça", “Sunset Shovi” otelləri, kotteclər, Şoviyə gedən əsas yol, Buba çayı, Çançaxi çayı, Mineral su da təbii fəlakət zonasındadır.

Xatırladaq ki, avqustun 4-də Şovidə torpaq sürüşməsi olub. Nəticədə 15 nəfər ölüb, 25 nəfər yaralanıb, daha 24 nəfər isə itkin düşmüş sayılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar