Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ciddə görüşü “qlobal sülh sammiti”nə gedən yol olacaq?..

Ciddə görüşü “sülh sammiti”nin tarixi ilə bağlı razılığa gələ bilsə, onu uğurlu hesab etmək olar...

Financial Times nəşrinin Avropa Komissiyasındakı yüksək vəzifəli mənbəsi Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək sammiti şərh edərkən bildirib ki, tədbirin dəyəri “qlobal sülh sammiti”nə imkan verəcək razılaşmaların əldə olunmasındadır.

Poliqon-nun məlumatına görə, mənbə qeyd edib ki, Ciddə görüşü “sülh sammiti”nin tarixi ilə bağlı razılığa gələ bilsə, onu uğurlu hesab etmək olar.

“Görüşün dəyəri ondan ibarətdir ki, biz cənub ölkələrini bəzi əsas razılaşmalar tapmağa sövq etməyə çalışırıq, bunun əsasında qlobal sülh sammiti təşkil oluna bilər. Əgər onun keçirilmə tarixi, eləcə də əsas prinsiplərin ifadəsi ilə bağlı razılığa gələ bilsək, bunu uğur kimi qiymətləndirərdim”, deyə nəşrin mənbəsi bildirib.

FT qeyd edir ki, Səudiyyə Ərəbistanında milli təhlükəsizlik müşavirlərinin konfransı Kopenhagendə analoji görüşdən sonra keçirilir, çünki Ukrayna əsas inkişaf etməkdə olan ölkələri Moskvanın beynəlxalq təcridinə cəlb etmək səylərini artırır.

Qeyd edək ki, Ukrayna böhranının həlli üzrə danışıqlar avqustun 5-dən 6-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Qərb mətbuatının məlumatına görə, müzakirələrdə iştirak üçün İndoneziya, Misir, Meksika, Braziliya, Çili, Zambiya, Cənubi Afrika Respublikası və Hindistan da daxil olmaqla 30-a yaxın ölkənin nümayəndəsi dəvət olunub. Lakin Rusiya Ciddəyə dəvət olunmayıb. Görüşün əsas məqsədi Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”nu inkişaf etməkdə olan ölkələr arasında təbliğ etməkdir.

Zelenskinin sözlərinə görə, Ciddə danışıqları, plana görə, onlarla dövlət başçısını bir araya gətirməli olan “sülh sammiti”nin keçirilməsinin proloquna çevriləcək. Ukrayna prezidenti hesab edir ki, “sülh sammiti” bu ilin payızında baş tuta bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar