Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin tapşırığındakı 3 mesaj: Rusiya siyasi elitasına həbs yolu görünür...

ABŞ prezidenti Co Baydenin Rusiyanın hərbi cinayətlərinə dair sübutların Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi barədə sərəncamı siyasi elitanın genişmiqyaslı həbslərinə hazır olduğunu göstərir...

Poliqon xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Arqument” proqramına müsahibəsində deyib.
O hesab edir ki, dövlətlər Sergey Lavrov, Sergey Şoyqu, Valeri Gerasimov və Nikolay Patruşev kimi şəxslərin həbsi üçün daha çox order gözləyir:

"Birinci mesaj ABŞ-ın Rusiya Federasiyasının siyasi elitasının genişmiqyaslı həbslərinə hazır olduğunu göstərir. İkinci mesaj neytral mövqedə olan ölkələrə ünvanlanır. Əsas mesaj ondan ibarətdir ki, Rusiya indiki formada mövcud olmayacaq, ona görə də Rusiya Federasiyasının siyasi elitasının nümayəndələri ilə münasibətlər qurmağın mənası yoxdur. Üçüncü mesaj isə rusların özlərinə ünvanlanıb, onlar Putinin onlara lazım olub-olmaması, Ukraynada qalmalarının lazım olub-olmaması barədə düşünməlidirlər. Hər kəs şəxsən order ala, həbs də oluna bilər", deyə Podolyak bildirib.

Bundan əvvəl “The New York Time” yazmışdı ki, Bayden gizli şəkildə Ukraynada rus işğalçılarının törətdiyi hərbi cinayətlərə dair sübutların Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini əmr edib.

Jurnalistlərin sözlərinə görə, əvvəllər ABŞ Müdafiə Nazirliyi bu qərara qarşı çıxıb, çünki onlar Amerika hərbçilərini mühakimə etməyə imkan verəcək presedent yaratmaqdan qorxurdular.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar