Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Milli Mətbuat Günü münasibətilə media rəhbərləri ilə görüş keçirdi - Fotolar

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin bir sıra media qurumlarının rəhbərləri ilə görüş keçirib...

Yenicag.az xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Milli Mətbuat və Jurnalistika Gününün 148-ci ildönümü münasibəti ilə ölkəmizin media subyektlərinin nümayəndələri ilə QHGT-nin mənzil qərargahında bir araya gəliblər.

Görüşdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri – “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Azxəbər” İnformasiya Agentliyinin baş redaktoru Hacıbəy Heydərli və “İnter Press” Media Qrupunun baş direktoru Toğrul Allahverdili, “Editor” İnformasiya Agentliyinin baş redaktoru Fərid Şahbazlı, “Azxəbər” İnformasiya Agentliyinin baş direktoru Əfsələddin Ağalarov, “Demokrat.Az” internet portalının baş redaktoru Vasif Həsənli və “Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov iştirak ediblər.

Qonaqları salamladıqdan sonra QHGT-nin sədri Orduxan Qəhrəmanzadə mətbuat və jurnalistikanın günümüzdə əhəmiyyətli rolu, QHGT ilə media subyektləri arasında sıx əməkdaşlıqdan söhbət açıb və tərəfdaşlığın mövcud vəziyyətini qiymətləndirib.

Ardınca, QHGT-nin beynəlxalq mediada görünürlüyünün artırılması istiqamətində işin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, tərəflər arasında strateji hədəflər üzrə fəaliyyətlər və sözügedən tərəfdaşlığın gözlənilən faydaları və potensial inkişaf sahələri də müzakirə olunub.

Görüşün sonunda media təmsilçilərinə QHGT tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar