Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti Qarabağ erməniləri haqqında danışdı

"Biz məsələ ilə (Qarabağın erməni əhalisinin inteqrasiyası – red.) bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik və maksimum şəkildə konstruktivlik göstərmişik".

Poliqon.info xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında səsləndirib.

“Ancaq bu gün Qarabağda “hakimiyyəti” əlində saxlayan xunta gah özlərinə “prezident” deyir, özlərini “deputat”, “nazir” adlandırır. Bu, gülüş doğurur”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar. Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər. Dövlətimizin başçısı, həmçinin deyib: “Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır”.

Poliqon.info 


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar