Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı senator Ermənistana xəbərdarlıq etdi...

BCM-nin təsis etdiyi Roma Statutu Ermənistan parlamentində ratifikasiya edilməlidir...

Rusiya Federasiya Şurası sədrinin müavini, Parlamentlərarası Əməkdaşlıq Komissiyasının həmsədri Yuri Vorobyov erməni parlamentariləri respublikanın Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müəyyən edilmiş Roma Statutuna qoşulmasının nəticələrini öyrənməyə və Rusiya ilə münasibətlər üçün riskləri qiymətləndirməyə çağırıb.

Poliqon bu barədə TASS Agentliyinə istinadən xəbər verir.

Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bəyan edib ki, məhkəmə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit edilmiş öhdəlikləri respublika konstitusiyasına uyğun olaraq tanıyıb. Sədr qərarın qəti olduğunu və dərc edildiyi andan qüvvəyə mindiyini elan edib.

“Anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərlə bağlı Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Bu addım anti-Rusiya kontekstinə malik deyil, lakin buna baxmayaraq, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur”, deyə Vorobyov bildirib.

Senator əlavə edib ki, hazırda RusiyaErmənistan Xarici İşlər nazirlikləri bu məsələ ilə bağlı dialoq aparırlar.

BCM-nin təsis etdiyi Roma Statutu Ermənistan parlamentində ratifikasiya edilməlidir. Bu müqavilə 137 ölkə tərəfindən imzalanıb, lakin 123 dövlət tərəfindən ratifikasiya edilib. 2016-cı ildə Rusiya Federasiyası bu müqaviləyə qoşulmamaq qərarına gəlib.

Apreldə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə tərəfindən sürətlə ratifikasiyası Rusiyaya qarşı qeyri-dost addım olacaq.

Martın 17-də BCM Rusiya prezidenti Vladimir Putin və Rusiya Federasiyası Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar