Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov iyulun 18-də telefonla Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə ediblər...
Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “İnterfax” Agentliyi məlumat yayıb. Agentlik yazır ki, nazirlər həmçinin meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan təyyarələrin alınmasını da müzakirə ediblər.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi iyulun 18-dən taxıl müqaviləsinin fəaliyyətini dayandırdığını açıqlamışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə müqavilələrin uzadılmasını müzakirə etmək niyyətində olduğunu bildirib.
Xüsusilə, Ərdoğan əmin olduğunu bildirib ki, Putin də özü kimi müqavilənin müddətini uzatmaq istəyir. Türkiyə prezidenti əlavə edib ki, sövdələşmə “uğurlu diplomatiya nümunəsi kimi tarixə düşüb” və onun fasiləsiz davam edəcəyinə ümid etdiyini bildirib. Ərdoğan Ankaranın bu məsələdə “aktiv səylərindən” danışıb.
Poliqon.info