Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin müqəddəs kitablarla bağlı qətnaməsi... - İsveç nəticə çıxaracaq?

İyulun 12-də BMT müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edib...

Politoloq: “İsveçin əndazədən çıxan insan və fikir azadlığı prinsipləri son nəticə etibarı ilə, yandırdıqları Quran kimi onların özünü yandıracaq”.

BMT məsələlərə məhz qeyd edilən rakursdan yaxınlaşarsa, İsveçin cəzalandırılması məsələsi gündəliyə gələ bilər”.

Bu sözləri politoloq Azər Qasımov BMT-nin İnsan Hüquqları Şurasının müqəddəs kitabların yandırılması ilə bağlı qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi iyulun 12-də BMT-nin İnsan Hüquqları Şurası səsvermənin nəticələrinə əsasən, müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edilib. O da məlumdur ki, İsveçdə dinsiz-imansızlar ifadə azadlığını bəhanə edərək, yenə müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırmağa hazırlaşırlar.

Belə olan halda İsveçin cəzalandırılması məsələsi BMT gündəliyinə gətirilə bilərmi?

BMT-nin müqəddəs kitablar haqqındakı qərarlarını Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bu hadisələrin yenidən ardıcıl olaraq təkrarlanması hansısa şeytanı güclərin dünya nizamını pozmaq, gərginlik çıxarmaq planının işə düşdüyünü göstərir”.

Bütün bunların müsəlman dünyası ilə xristian dünyası arasında sədd çəkmək, qorxu mühiti formalaşdırmaq istəyən qüvvələrin işi olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, onlar bu yolla dini ayrıseçkilik zəminində insanların bir-birilərindən çəkinməsini, ayrılmasını istəyirlər:

“İsveçin əndazədən çıxan insan və fikir azadlığı prinsipləri son nəticə etibarı ilə, yandırdıqları Quran kimi onun özünü yandıracaq. Bu hərəkətlər insanlığa və bəşəriyyət tarixinə hörmətsizlik, insan irqinin tarixi irsinə tüpürməkdir.

Quranın yandırılması sadəcə bir olay deyildir. Bunu kiminsə fikir və düşüncə anlayışını azad ifadə etmək kimi qələmə vermək məsələnin mahiyyətini kiçiltməklə daha böyük fikir və addımların atılması istəyini ört-bastır etmək cəhdidir. Bu, İslam dünyasının əsəblərini tarıma çəkmək, əks reaksiyaların verilməsinə hesablanmış addımdır.

Azər Qasımov: “Quranın yandırılması sadəcə bir olay deyildir”.

Bu, dünyada xaos və müharibələrdən qidalanan qüvvələrin əməlləridir. Müsəlman dünyası ilə xristian dünyası arasında sədd çəkmək, qorxu mühiti formalaşdırmaq istəyən qüvvələrin işidir. Onlar bu yolla dini ayrıseçkilik zəminində insanların bir-birilərindən çəkinməsini, ayrılmasını istəyirlər. Çalışırlar ki, bu qorxu fonunda müsəlman dünyası xristian dünyası ilə yaxınlaşmasın, inteqrasiya etməsin.

BMT məsələlərə məhz qeyd edilən rakursdan yaxınlaşarsa, İsveçin cəzalandırılması məsələsi gündəliyə gələ bilər. Amma hesab etmirəm ki, onlar məsələyə bu rakursdan yaxınlaşsınlar. Təbii ki, bunu müsəlman dünyasının öndə gələn ölkələri etməlidirlər. Hesab edirəm ki, bu hadisələrin yenidən ardıcıl olaraq təkrarlanması hansısa şeytanı güclərin dünya nizamını pozmaq, gərginlik çıxarmaq planının işə düşdüyünü göstərir. Odur ki, bunun qarşısında durmaq tək İslam dünyasının yox, bütün insanlığın işi olmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar