Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsti havada Günəş altında işlədilənlər: Kim məsuliyyət daşıyır?

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhərində yerləşən parkların birində bir qadının isti havada işləməsi ilə bağlı foto yayılıb...

Belə ki, 60 yaşlarında olan qadın isti havada, qorumasız otluqdakı alağı təmizləyir.

Bəs havanın temperaturu neçə dərəcə olanda işçilərə Günəş altında işləmək olmaz?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə və həmin Məcəllənin 2-ci əlavəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperatur müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır, həmçinin işçilərə sərinləmək/qızınmaq üçün imkan yaradılmaqla fasilələr verilir:

“Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilir.

Yuxarıda qeyd olunan halları pozan işəgötürənlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5 maddəsinə (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) əsasən, inzibati məsuliyyətə cəlb olunurlar”.

Hüquq müdafiəçisi Sahib Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, havanın temperaturu müsbət 41 dərəcəni keçdikdə açıq havada işlər dayandırılmalıdır:
“Elə işlər var ki, məsələn, istehsalın fasiləsiz xarakterli olması, baş verən qəzanın nəticələrinin aradan qaldırılması kimi işləri dayandırmaq və ya fasilə vermək mümkün deyil. İşəgötürən həmin yerlərdə əlavə tədbirlər görməlidir. Həmin yerlərdə sərinləşdirici içkilər qoyulmalıdır ki, işləyəndə və ya fasilə zamanı istifadə etsinlər”.

O qeyd edib ki, işəgötürənlər işçilərini daha yüngül geyim formasına keçirə bilərlər:

“Amma bunu əməyin mühafizəsinin texniki təhlükəsizlik qaydalarını pozmadan etmək lazımdır. Eyni zamanda, müəyyən tədbirlər görülməlidir ki, işçiləri gün vurmasın. Çünki bu, ciddi fəsadlara səbəb ola, hətta ölümlə nəticələnə bilər.

Təəssüf ki, bu qaydalara əməl edənlər azdır. Açıq havada həyata keçirilən işlərdə qaydalara əməl olunmur. Halbuki işəgötürən heç bir orqanın tələbini gözləmədən bu qaydalara əməl etməlidir. Ona görə ki, əvvəla, işəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır.

İkincisi isə işçini belə hava şəraitində işlətmək əməyin mühafizəsi qaydalarının pozulmasıdır və bu inzibati məsuliyyət, nəticələr ağır olduqda (məsələn, ölüm) cinayət məsuliyyəti yaradır”.

Poliqon.info


Etiket: İsti hava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar